İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın səs-küylü transferindən ƏN SON XƏBƏR

2619 16.04.2023 02:24 İdman A A


“Qarabağ”ın qış fasiləsindəki ən səs-küylü transferi Yassin Benzia qeybə çəkilib.

Musavat.com SPORTİNFO.AZ-a istinadən xəbər verir ki, ölkəmizə gəldiyi ilk günlərdə ideal formasından uzaq olmasına rəğmən “köhlən atlar”a yardımını əsirgəməyən fransız yarımmüdafiəçi xeyli vaxtdır zədədən əziyyət çəkir.

Benzia Premyer Liqada 2 oyunda cəmi 70 dəqiqə forma geyinib və çempionatımızda sonuncu dəfə fevralın 19-da meydana çıxıb.

Avropa Konfrans Liqasındakı iştirakı də 2 oyundan ibarət olub. “Gent”lə ev və səfər matçlarında 52 dəqiqə top dalınca qaçıb. Yassın “Qarabağ” formasında sonuncu rəsmi oyununu fevralın 23-də “Gent”lə səfər qarşılaşmasında keçirib.

O vaxtdan yaşıl meydanlara həsrət qalan təcrübəli futbolçunun zədədən əziyyət çəkdiyi məlum idi. Lakin zədəsinin bərpasının 2 ay vaxt aparması kifayət qədər ciddi problemdən xəbər verir.

Klubun mətbuat katibi Gündüz Abbaszadə ilə söhbətdə Yassin Benzianın zədəsi və komandasına nə vaxt kömək edəcəyi ilə bağlı suallara aydınlıq gətirdik:

“Benzia zədələnmişdi və zədəsinin müalicəsi ilə məşğul idi. Sağalması, bərpası, məşqlərə başlaması müəyyən qədər vaxt apardı.

Narahatlığa gərək yoxdur. Yassin kollektiv məşqlərə start verib. Hətta “Sabah”la oyunda adı iştirak ərizəsinə salına bilər”.

28 yaşlı orta sahə oyunçusu karyerası ərzində “Lion”, “Lill”, “Dijon”, “Fənərbağça”, “Hatayspor”, “Olimpiakos” kimi komandaların şərəfini qoruyub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR