İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” iki nəfərlə bağlı UEFA-ya müraciət etdi

2600 23.08.2023 00:28 İdman A A

“Qarabağ” son günlər transfer bazarındakı fəallığı ilə diqqət çəkməkdədir.

“Pəncərə bağlanmamış” boşluqları aradan qaldırmağa çalışan “köhlən atlar” rusiyalı təcrübəli qapıçı Andrey Lnyovun ardınca Plovdiv “Lokomotiv”indən Mateus Silvanı heyətinə qatdı.

İndi sual doğuran əsas məqam sözügedən futbolçuların “Olimpiya” ilə oyunlarda oynayaıb-oynamayacağıdır. Təbii ki, bunun üçün “Qarabağ” Andreylə Mateusun adını sifariş ərizəsinə salmağa nail olmalıdır.

Sportinfo.az xəbər verir ki, klub rəsmiləri iki gündür bu işin üzərində çalışır. Hər ikisinin adı UEFA-nın müvafiq şöbəsinə göndərilib.

Avropa futbol qurumu futbolçularla bağlı araşdırma aparandan sonra yekun qərarını verəcək. Çox güman, sabah gün ərzində məsələyə aydınlıq gələcək.

Ortaya fövqəladə problem çıxmasa, Lunyovla Silvanın adı “23-lük”də olacaq.

Avqustun 24-də “Stojitse” stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR