İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” bu gün “Frayburq” ilə qarşılaşacaq

874 03.11.2022 09:35 İdman A A

Bu gün Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunlarına start veriləcək.

BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək.

"Köhlən atlar"da Filip Ozobiç zədə səbəbindən görüşü buraxacaq. Qara Qarayevin qarşılaşmada iştirakı sual altındadır.

UEFA Avropa Liqası
G qrupu VI tur

"Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR