İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" Avropa zonasında öz çempionatında xal itirməyən 3 komandadan biridir

668 31.10.2022 09:52 İdman A A

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayında dəyişiklik baş verməyib.

"Report"un məlumatına görə, siyahıda növbəti dəfə "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 11 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda "Düdelanj" 10 oyunun hamısında qalib gəlib. Komanda ötən həftə çempionat matçına çıxmayıb.

Yunanıstanda isə səfərdə "Volos"u 5:1 hesabı ilə üstələyən "Panatinaikos" Superliqadakı qələbələrinin sayını 10-a çatdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR