İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qanuni oğru” həbsxanadan belə çıxdı - VİDEO

2034 30.03.2024 10:57 Son xəbər A A

Rusiyanın ən məşhur kriminal avtoritetlərindən biri,  hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən “qanuni oğru”Zaxari Kalaşov ( “Şakro Molodoy”) Krasnodar vilayətinin Ust-Labinsk rayonunun Dvubratski kəndindəki 2 saylı həbsxanasından azad edilib.

Musavat.com xəbər verir ki, bu barədə  məlumatı  “Shot” teleqram kanalı yayıb.  TASS isə yazır ki, “qanuni oğru”nun azadlığa buraxılması xəbərini hüquq-mühafizə orqanları təsdiqləyib.

 71 yaşlı “qanuni oğru”  həbasxanaya məxsus nömrə nişanı olmayan “Qazel” yük maşınında  çıxarılıb. Eyni zamanda, qara rəngli “Haval” krossoveri  həbsxananın dayanacağından çıxıb.  Teleqaram kanalı yazır ki, həmin avtomobil iki  gün imiş  həbsxananın qarşısında dayanıbmış. İddia edilir ki, “Haval” koloniyadan uzaqlaşanda kabinədə “qanuni oğru” ya yaxın  “ nüfuzlu şəxslər” olub. “Qazel” də, “Haval” da Krasnodar istiqamətinə gedib.

71 yaşlı “qanuni oğru” görmə qabiliyyətini itirdiyinə görə azadlığa buraxılmasına qərar verilib. Vəkillər məhkəmədə iddia ediblər ki, “Şakro Molodoy” kor olub və  hakimlər bu  səbəbdən onun şərti azad etmək qərarına gəlib.  

 İddia olunur ki, Kalaşov Rusiya həbsxanalarındakı məhbusların Ukraynaya qarşı müharibəyə cəlb edilməsində aktiv rol oynayıb. Məlumata görə, Kalaşov dustaqların Ukrayna ilə müharibəyə cəlb edilməsində xüsusi xidmət orqanlarına yardım edib. “Vaqner” bölmələrindən birinin keçmiş komandiri Andrey Medvedyev hüquq müdafiəçilərinə bildirib ki, o, İstintaq Komitəsi əməkdaşlarının Krasnodar diyarındakı həbsxanaya gələrək, “Şakro Molodoy”a necə “lüks şərait” təşkil etdiyini görüb. Bu, ondan ötrü olub ki, Kalaşov məhbusların müharibəyə cəlb edilməsini asanlaşdırmaq üçün digər cinayətkar liderlərlə danışıqlar təşkil etsin.

347117087801083.jpeg (96 KB)

Onu da əlavə edək ki, Rusiya qanunvericiliyindəki dəyişikliklərə görə, kriminal ierarxiyada yer tutduğu təsdiqlənən istənilən “qanuni oğru”ya qarşı həbs qətimkan tədbiri seçilə və o, uzun müddətə həbsxanaya atıla bilər. Lakin məlum olur ki, Ukrayna müharibəsinə dustaqların cəlb edilməsində göstərdiyi “xidmətlər” Kalaşovu bu məsuliyyətdən və ümumiyyətlə, həbsdən azad edib.

Yada salaq ki, “qanuni oğru” 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum olunub. İstintaq materiallarında “Rusiyanın kriminal aləminin lideri” adlandırılır. Kalaşov “qanuni oğru” Aslan Usoyanın (“Ded Xasan”) ölümündən sonra kriminal aləmdə aparıcı mövqe tutub.

2018-ci ildən hədə-qorxu ilə "külli miqdarda pul tələb etmə" ittihamı ilə cəza çəkirdi, 2027-ci ilə qədər həbsdə olmalıydı.

2015-ci ilin dekabrında Moskvada “Elements” restoranının yaxınlığında atışma olub. Məhkəmə sənədlərinə görə, kriminal qruplaşma Şakronun göstərişi ilə restoranın sahibi Janna Kimdən 8 milyon rubl tələb edib. Bundan sonra məsələ ilə əlaqədar cinayət işi açılıb.

2016-cı ildə həbs olunana qədər Zaxari Kalaşov Rusiyada üç dəfə müxtəlif işlər üzrə təqsirli bilinib. Gürcüstan Şakro Molodoyu ekstradisiya etməyə çalışıb. “Qanuni oğru” bu ölkədə qətlə görə qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrum edilib.

Zaxar  Kalaşov 1953-cü il martın 20-də Tiflisdə anadan olub, məlumata görə, kürd-yezidi əsillidir.  İndiyədək  “qanuni oğru”ya qarşı ən azı 10 dəfə sui-qəsd cəhdi edildiyi deyilir. 

Orxan ƏLİYEV, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR