İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalstanyan həmin YANĞINDAN DANIŞDI

736 29.05.2024 14:27 Gündəm A A

“Azat kəndindəki sığınacaqda baş verən yanğından sonra Ermənistanın daxili işlər nazirinin qardaşı Vahe Kazaryan ziyafət təşkil edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin binasında “Vətən naminə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.

“Vahe Kazaryan çox səxavətli insandır. Qardaşının restoranı var, ziyafətlər təşkil edir. 2023-cü il yanvarın 21-də, əsgərlərin yanmış cəsədləri hələ evə gətirilməmiş o, orada möhtəşəm ziyafət təşkil edib”, - deyə Qalstanyan qeyd edib.

Xatırladaq ki, 2023-cü il yanvarın 19-da Ermənistan Müdafiə Nazirliyinin Geqarkunik rayonunun Azat kəndində yerləşən mühəndis şirkətinin sığınacağında yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR