İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı ziyafətdən sonra bağlanan “Mutabor”da siçovul izləri...

686 11.01.2024 14:46 Dünya A A

Bloger-aparıcı Anastasiya İvleyevanın “çılpaq gecə” ziyafətinin keçirildiyi “Mutabor” klubunun rəhbərliyi sanitar normaları pozduğuna görə qurumun fəaliyyətinin dayandırılması qərarından apellyasiya şikayəti verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Moskvanın Lefortovo məhkəməsindən məlumat yayılıb.

“Məhkəməyə “Art Center” MMC-nin (“Mutabor” ticarət nişanının sahibi) nümayəndələrinin müəssisənin fəaliyyətinin 90 gün müddətinə dayandırılması qərarından apellyasiya şikayəti daxil olub. Bu şikayətə sonradan Moskva şəhər məhkəməsində baxılacaq”, - məhkəmədən aydınlıq gətirilib.

Məhkəmə baxışının nə vaxt keçiriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, qalmaqallı ziyafətdən sonra “Mutabor” klubu 90 gün müddətinə bağlanıb. Müddət dekabrın 27-dən hesablanır. Müəssisənin sahibi olan şirkət sanitar normaları pozmaqda təqsirli bilinib: hakimin sözlərinə görə, ziyaafətdə yoluxucu xəstəliyə tutulmuş xəstə olub.

Ehtimallara görə, Rospotrebnadzor klubda sanitar normaların pozulmasını, o cümlədən termometrlərin olmaması və gəmiricilərin fəaliyyətinin izlərini aşkar edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR