“Qalatasaray” Türkiyə Super Liqasının 33-cü turunda doğma meydanda “Antalyaspor”u 4:2 hesabı ilə məğlub edərək tarixində 26-cı dəfə çempion olub.
Musavat.com xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi İstanbul təmsilçisi bununla ardıcıl 4-cü dəfə Türkiyə çempionu adını qazanıb.
Gərgin keçən qarşılaşmada “Qalatasaray”ın qollarını Lemina, Osimhen (2 qol) və Kaan Ayhan vurublar. “Antalyaspor”un heyətində isə Soner Dikmen dubla imza atıb.
Matçın ilk hissəsində “Antalyaspor” “Qalatasaray”ın cərimə meydançasında topa ilk toxunuşundan qol çıxarmağı bacarıb. Qonaq komandada Saric və Doğukan Sinik zədə səbəbindən oyunu erkən tərk edib.
Beləliklə, “Qalatasaray” Super Liqa tarixində çempionluq sayını 26-ya yüksəldərək Türkiyə futbolunda üstünlüyünü daha da möhkəmləndirib.
Musavat.com






