İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" ona 15 milyon avro TƏKLİF ETDİ

1244 14.05.2026 15:30 İdman A A

"Qalatasaray"ın çempionluq şənlikləri üçün dünyaca məşhur müğənni Dua Lipa ilə razılığa gəldiyi iddia olunur.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray" çempionluq tədbirlərini qlobal səviyyədə böyük şouya çevirmək üçün məşhur pop ulduza 15 milyon avro təklif edib.

İddialara görə, Dua Lipa bu təklifi qəbul edib və "Qalatasaray"ın təşkil edəcəyi çempionluq şənliklərində səhnəyə çıxacaq.

Xəbərin yayılmasından sonra sosial mediada böyük ajiotaj yaranıb. Azarkeşlər belə bir tədbirin Türkiyə futbol tarixində ən yadda qalan çempionluq şənliklərindən biri ola biləcəyini bildiriblər.

Qeyd olunur ki, klub rəhbərliyi tədbiri yalnız Türkiyədə deyil, beynəlxalq səviyyədə də diqqət çəkəcək böyük layihəyə çevirmək istəyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR