İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qalatasaray”la “Beşiktaş” arasında gərginlik - “CimBom” rəsmi üzr tələb edir

1694 17.08.2023 19:12 İdman A A

Türkiyənin məşhur futbol klubları olan “Qalatasaray” və “Beşiktaş” arasında gərginlik yaranıb.

Musavat.com xəbər verir ki, buna səbəb “Beşiktaş”ın Milot Raşitsa transferini açıqladığı video olub.

Belə ki, “Beşiktaş" ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən İngiltərənin "Norviç Siti" komandasının futbolçusu Milot Raşitsanı transfer edib.

Raşitsanın transferinin açıqlandığı videonun əvvəlində Ali Sami Yen İdman Kompleksindən işıqların yüksəlməsi və ətrafdakı nəqliyyatın sıxlığı ilə çəkilən görüntü Qalatasaraylıların reaksiyasına səbəb olub.

Görüntünün 2012-ci il iyunun 14-də o vaxtkı adla Türk Telekom Arenada keçirilən “Türk Olimpiadaları”na aid olduğu məlum olub. “CimBom”lular iddia edirlər ki, həmin kadrlarda klubun adı qanlı terror təşkilatı (FETÖ – red.) ilə yan yana tutulub.

“Beşiktaş” isə “Galatasaray”ın iddialarını əsassız adlandırıb. Buna baxmayaraq “Sarı-qırmızı”lı klub “Beşiktaş”dan rəsmi olaraq üzr istənməsini tələb edib.Sözügedən hadidə hər iki klubun azarkeşləri arasında mövcud olan fikir ayrılıqlarını daha da qabardıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR