İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray"ınprezidenti Azərbaycana təşəkkür edib - FOTO

798 28.03.2023 21:35 İdman A A

Türkiyənin "Qalatasaray" futbol klubunun prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkür edib.

Musavat.com xəbər verir ki, bu barədə funksionerin adından klubun rəsmi tviter hesabında təşəkkür məktubu paylaşılıb.

"TƏŞƏKKÜR MƏKTUBU

Qardaş ölkə Azərbaycanın seçkin komandası Qarabağ FK ilə həyata keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu ve icmamızı sevindirmişdir. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ve xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ ve İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram", - məktubda qeyd olunub.

Qeyd edək ki, qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR