İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray"da oynayan "Qarabağ"lının valideyni OD PÜSKÜRDÜ

6939 07.09.2023 19:05 İdman A A

“Qalatasaray”ın U-15 komandasında çıxış edən azərbaycanlı futbolçu Kənan Həsənovun atası Etimad Həsənov yetirməsi olduğu “Qarabağ”dan narazılıq edib.

O, bu barədə övladının adına olan sosial şəbəkə hesabından post başlayıb.

Etimad bəyin inciməsinə səbəb övladına olan diqqətsizlik olub.

Belə ki, bu yaxınlarda “Qalatasaray”ın akademiyasını ziyarət edən “Qarabağ”ın U-15 komandasından heç kimin Kənanla maraqlanmayıb.

Soyuq münasibətdən şikayətlənən atanın yazdığı statusu olduğu kimi sizə təqdim edirik:

“Hamıya salamlar! Ən azından mənəvi dəstək olardı.

Kənan “Qarabağ” akademiyasında yetişib, “Qalatasaray” akademiyasında oynayır. Belə bir hadisəni gördükdə, “Qarabağ”ın U15 komandasında olan uşaqların adına sevindik. O komandada Kənanın bərabər oynadığı çox oyunçu var. Hamısına da güvənirik./sportinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR