İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qalatasaray”da gözlənilməz AYRILIQ

1334 02.01.2024 21:51 İdman A A

“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş komandadan ayrılmağa hazırlaşır.

Bunu ulduz futbolçunun meneceri Cord Qardi Türkiyə mətbuatına açıqlamasında deyib: 

“Ziyeşin “Qalatasaray” macərası yaxşı başladı, amma yaxşı davam etmədi. Klub rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik. Bizə heç bir maneə yaratmayacaqlar” - deyə o qeyd edib.

Qeyd edək ki, “Qalatasaray” Hakim Ziyeşi ötən ilin avqust ayında “Çelsi”dən icarəyə götürüb. Mərakeş millisinin üzvü İstanbul klubunda 14 rəsmi matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. (Qafqazinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR