İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" bəlli etdi: "Qarabağ" finləri udsa… - VİDEO

1429 16.08.2023 14:12 İdman A A

"Qalatasaray” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

İstanbul təmsilçisi üçücü mərhələnin cavab görüşündə Sloveniya “Olimpiya”sına qalib gəlib (1:0).

Qarşılaşmada yeganə qola 24-cü dəqiqədə Mauro İkardi imza atıb.

“Sarı-qırmızılılar” səfərdəki ilk matçda da rəqibini məğlub etmişdi (3:0).

“Qalatasaray” pley-off mərhələsində Norveç “Molde”si ilə üz-üzə gələcək. Bu raundun oyunları avqustun 23-də və 29-da keçiriləcək.

“Olimpiya” isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu mərhələdə onların rəqibi “Qarabağ” (Azərbaycan) - HİK (Finlandiya) cütünün qalibi olacaq.

İlk qarşılaşma avqustun 24-ü “Olimpiya”nın meydanında olacaq. Cavab matçı avqustun 31-də keçiriləcək.

Ağdam təmsilçisi ilk oyunda Bakıda qələbə qazanıb (2:1). Cavab görüşü avqustun 17-də Helsinkidə olacaq./Qol.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR