İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqazda sülhün “qarant”ı və əsl qarantı

1047 23.05.2023 10:25 Yazarlar A A

Sülhməramsızlar Rusiyadan Ermənistana, Ermənistandan Qarabağa silah-sursat daşıdı daşıdı, biz Laçının girişinə DSX postu qoyunca, bu dəfə Xankəndi çevrəsində “post”dan “post”a silah-sursat və separatçı daşıyası oldular… İlla hardansa hara nəsə daşımalıdırlar: yəqin bir az sonra Xankəndi, Ağdərə və Əskəranda evdən-evə, ardınca adamdan adama, nəhayət sağ əldən sol ələ silah-sursat devr edəcəklər.

Akkordlarısa bəlkə barmaqdan barmağa olacaq… Ancaq nə edirlər etsinlər, artıq bəsbəlli bir dövr qapanmaq üzrədir.

Bölgə, Avrasiya və də Yer üzü yeni siyasi arxitekturaya, təzə iqtisadi dizayna tabe tutulur.

Yeri gəlmişkən, Ermənistanla Azərbaycan arasında Vaşinqton və Brüssel qarşısında Moskvanın Sülh Anlaşması yarışına girişməsini də görür, idrak edir, uhulət və suhulətlə yanaşırıq…

Qafqazda sülhün ən güclü təminatçısı rolu ədalətli Azərbaycanın özünə yaraşır.

Ermənistan hərbi-siyasi rəhbərliyinin ağlı, iradəsi olsa, biz göndərən Sülh Anlaşması layihəsini anındaca qollamalıdır.

Hələ guya konstruktivlik göstərib də, özlərinə (min kv km.-lə) “29,8”, bizə “86,6” ərazi cızıb-durmaqla deyil; əslində, uzaq olmayan tarixi həqiqət baxımından deyiləcək bir rəqəm vardır: 116,4 min kv km! - Bu, Azərbaycanın Güney Qafqazdakı torpaqlarının (hələ yenə də tam ifadə olunmayan) ərazisinin göstəricisidir.

Bizim qol qoyacağımız sülh kağızüzəri, elhüzəri “sülh” olmayacaq, məhz ədalətli sülh olacaqdır!

Elə günübugün Rusiya-Ukrayna müharibəsində sülhü ən səmimi şəkildə istəyən dövlətlərin ən ön sırasında Azərbaycan, Azərbaycanın əvəzsiz qardaşı Türkiyə və digər türk dövlətləri gəlir.
Hətta, çox da uzaq olmayan zaman zərfində RF subyektləri arasında ən yaxşı sülyaradan vasitəçi qismində Azərbaycan (və digər TDT) təmsilçiləri çıxış etsə yeri vardır…
Azərbaycanın şahlanışını kimsə durdura bilməyəcək! Tanrı bizə yar olu!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR