İnsanlara hürriyət, millətlərə istiqlal!

Pxenyanın "nüvə mesajı": Kim Çen In qızı ilə birlikdə raketləri işə saldı

581 15.03.2026 13:44 Dünya A A

Şimali Koreya lideri Kim Çen In qızı Kim Cu E ilə birlikdə ölkənin yeni yaylım atəşli raket sistemlərinin real döyüş şəraitində sınaqdan keçirilməsini izləyib.

Musavat.com xəbər verir ki, Pxenyan tərəfindən həyata keçirilən bu sınaqlar Şimali Koreyanın çəkindirmə qabiliyyətini və taktiki nüvə silahı daşıya bilən raketlərlə 420 kilometr məsafədəki hədəfləri vurma gücünü nümayiş etdirmək məqsədi daşıyır. Rəsmi Pxenyan sınaqların uğurla tamamlandığını və bu silahların istənilən düşmən hədəfini məhv etməyə hazır olduğunu bəyan edib. Seul isə Şimali Koreyanın Şərq dənizi istiqamətində təxminən 10 ballistik raket buraxdığını müəyyən edərək, bu hərəkətləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması kimi kəskin pisləyib. Cənubi Koreya hərbçiləri bildirirlər ki, 420 kilometrlik uçuş məsafəsi Seul daxil olmaqla bütün Cənubi Koreya ərazisini və oradakı strateji obyektləri birbaşa hədəfə alır.

Kim Çen Inın sınaqlar zamanı qızı ilə birlikdə görüntülənməsi beynəlxalq analitiklər tərəfindən həm ölkənin nüvə proqramının varisliyi, həm də Vaşinqton və Seula qarşı psixoloji təzyiq forması kimi qiymətləndirilir. Bu sınaqlar Yaxın Şərqdəki müharibə və İranla ABŞ arasındakı gərginliyin pik həddə çatdığı bir vaxtda Koreya yarımadasında da vəziyyəti son dərəcə gərginləşdirib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR