İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin yeni və ŞOK PLAN: Bu ölkələrlə...

2223 14.03.2024 17:48 Dünya A A

 

ABŞ-ın Bloomberg nəşri yazıb ki, Moskva Rusiyanı Çinlə birləşdirən iki mühüm şərq dəmiryol xəttini yaxşılaşdırmaq üçün milyardlarla dollar xərcləyib. “New York Times” qəzeti isə yazıb ki, Moskva indi dəmiryol ilə Hindistan və Fars körfəzindəki ölkələrlə əlaqə qurmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, NYT-nin məlumatına görə, 1,7 milyard dollara başa gələcək yeni Cənub marşrutu Rusiya və İrandakı limanları birləşdirəcək, həmçinin Rusiyanı Hindistanın ticarət mərkəzi olan Mumbayla birləşdirməyə kömək edəcək.

Rusiya layihənin maliyyələşdirilməsi üçün İrana 1,4 milyard dollar kredit verməyə razılaşıb və dəmiryolun tikintisinə bu il başlanması planlaşdırılır.

Rusiyanın dəmiryol nəqliyyatına diqqəti Ukraynadakı müharibə ilə əlaqədar Qərbin iki illik sanksiyalarından sonra baş verir. Məhdudiyyətlər Rusiyanın ənənəvi olaraq ən böyük bazarı olan Avropa ilə ticarətinə zərbə vurub və Moskvanı Çin və İran kimi alternativ bazarlara üz tutmağa vadar edib.

Qərb mediasında aparılan təhlillər göstərir ki, yeni dəmiryol əlaqələri sanksiyalar fonunda Rusiya idxalının davam etdirilməsinə kömək edəcək. Corc Vaşinqton Universitetinin politologiya üzrə professoru David Szakonyi Business Insider-ə deyib ki, Cənubla əlaqələrin yaxşılaşdırılması Rusiyanın əsas prioritetlərindən biridir və yeni ticarət əlaqələri Rusiyaya təkcə neft və qazı alternativ bazarlara satmağa kömək etməyəcək, həm də işçi qüvvəsi çatışmazlığı səbəbindən istehsal edə bilmədiyi malların ölkəyə idxalına kömək edəcək.

“New York Times” qəzeti Rusiyanın yönəldiyi yeni bazarlardakı son vəziyyəti oxucuları ilə bölüşüb.

NYT-nin məlumatına görə, Rusiya ilə Çin arasında ticarət 2021-ci ildən bəri təxminən 63 faiz artaraq 2023-cü ildə 240 milyard dollardan çox olub. Hindistanla ticarət əlaqələri də genişlənməkdə davam edir. İki ölkə arasında ticarət həcmi 65 milyard dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə dörd dəfə çoxdur.

Son cədvələ görə, Rusiyanın hər iki ölkə ilə mübadilələri Avropa İttifaqı ilə müharibədən əvvəlki dövr göstəricilərini (2021-ci ildə 282 milyard dollar) ötüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR