İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin YALANLARI üzə çıxdı - Rusiya ÇALXALANIR

3751 19.06.2023 17:31 Region A A

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin SPIEF Sankt-Peterburq Beynəlxalq Forumunun plenar iclasında ənənəvi nitqlə çıxış edib.

Musavat.com xəbər verir ki, müxalifləri Putinin çıxışında çoxlu sayda qeyri-dəqiqliklər, boşluqlar və açıq şəkildə təhriflər olduğunu bildirib.

Yerli analitiklər prezidentin ÜDM artımı ilə bağlı yalan danışdığını bildirir. Belə ki, Putin 2023-cü ildə Rusiyanın ümumi daxili məhsulunun artımını 2% qiymətləndirib. Lakin BVF Rusiya ÜDM-nin bu il artımını 0,7%-ə qədər dəyərləndirib, 2024-cü ildə bu rəqəmin daha da pisləşəcəyi (2,1%-dən 1,3%-ə) gözlənilir. Putin apreldə ümumi daxili məhsulun artımı ilə öyünsə də, martda ÜDM-in 0,7%, fevralda 2,6%, yanvarda isə 2,7% azalması barədə susub. Üstəlik, iqtisadiyyatın əsas problemi - ikinci ildir davam edən müharibə haqqında demək olar ki, danışmayıb.

Vladimir Putin həmçinin 2022-ci ildə 1,7 milyon rusiyalının yoxsulluq həddini tərk etməsi ilə öyünüb (bu rəqəmi Rosstat əvvəllər açıqlamışdı). Lakin ekspertlər bu məlumatlara şübhə ilə yanaşırlar. Birincisi, pensiyaçılar arasında ölüm sayının artması (əsasən koronavirus səbəbindən) statistikaya güclü təsir göstərib. Bundan əlavə, “Rosstat”ın rəqəmlərlə manipulyasiya etdiyi ortaya çıxıb. Federal idarənin “yoxsulluq həddi” göstəricisi yalnız gəlirləri təhlil edir, xərcləri buraya daxil etmir.

Putin Rusiyada inflyasiyanın aşağı olduğunu, hətta dünyanın bir çox ölkələrindən daha az olduğunu söyləyib. Onun iddiasına görə, Rusiyada ümumi inflyasiya təxminən 2,5%-dir. Lakin 2022-ci ildə bu, 11,9%, 2021-ci ildə 8,9%, 2020-ci ildə isə 4,9% təşkil edib. Beləliklə, 3 il ərzində ölkədə inflyasiya 25%-i keçib. Həmin dövrdə Avropa Birliyində inflyasiya 18,18% olub. Vladimir Putin ölkədə xidmətlərin qiymətlərinin dəhşətli dərəcədə artdığı barədə susub.

Putinin çıxışında diqqət çəkən məqamlardan biri “Rusiyada pensiyaların indeksləşdirilməsi vaxtından əvvəl gedir” sözləri olub. 2020-ci ildən 2023-cü ilə qədər - son 3 il ərzində pensiyaların ümumi indeksasiyası 24,4% təşkil edib. Bu, ölkədə 25%-dən çox olan inflyasiya səviyyəsindən aşağıdır. Yəni əslində burada indeksləşmədən də söhbət gedə bilməz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR