İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin sirr kimi saxladığı qızı GÖRÜN KİM İMİŞ - İlk dəfə danışdı - VİDEO

5322 12.01.2024 16:06 Dünya A A

Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilk dəfə müsahibə verib. Medtech.Mocsow-a açıqlamasında atasının adını çəkməyən Vorontsova Rusiyanın xalq mərkəzli cəmiyyət olduğunu bildirib.

Musavat.com xəbər verir ki, dekabrın 16-da baş tutan, lakin YouTube-a yeni yüklənən müsahibə Putinin illərdir gözdən uzaqda saxlanan 38 yaşlı qızının ilk müsahibəsi olduğu üçün bütün dünyanın diqqətini çəkib.

Müsahibəsində qlobal tibbi inkişaflardan bəhs edən Vorontsova Rusiyanın insan mərkəzli bir cəmiyyət olduğunu ifadə edərək: "Bizim üçün insan həyatı ən yüksək dəyərdir" - deyib.

42 dəqiqəlik müsahibə zamanı Putinin atası olduğunu və ya Putinlə münasibətini qeyd etməyən Vorontsova hobbilərindən və boş vaxtlarını necə keçirdiyindən danışıb. Sörfinq və xizək sürməyi çox sevdiyini açıqlayan Mariya idman həvəskarı olduğunu bildirib, həftədə ən azı bir neçə saatını sağlam həyat tərzinə və idmana ayırdığını qeyd edib.

"Gözəl hər şey mənim üçün ilham mənbəyidir: rəsmlər, muzeylər, teatrlar, musiqi" - o bildirib.

Maraqlıdır ki, aparıcı və “Medtech.Moscow”un baş direktoru Vyaçeslav Şulenin gənc qadına atası ilə bağlı heç bir sual verməyib.

Qeyd edək ki, Mariya Vorontsova 1985-ci ildə anadan olub. Sankt-Peterburq Universitetində biologiya, Moskva Dövlət Universitetində isə tibb təhsili alıb. Hazırda endokrin sistem üzrə ixtisaslaşan akademik olan Vorontsova həm də tanınmış biznes-ledidir. O, uşaq endokrinoloqu və hollandiyalı iş adamı Jorrit Joost Faassen ilə evlidir.

Həyatı barədə təfərrüatlar Kreml tərəfindən sirr kimi saxlanan 38 yaşlı Vorontsova Putinin keçmiş həyat yoldaşı Lüdmila Putinadan olan iki qızından biridir.

Mariya Vorontsova və bacısı Katerina Tixonova atalarının Ukraynanı işğal etməsindən sonra ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalara məruz qalıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR