İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin sevimli limuzininin həzin sonu

3023 16.06.2026 03:17 Dünya A A

Rusiyanın ən iddialı avtomobil layihələrindən biri hesab edilən Aurus markasının istehsalının dayandırıldığı bildirilir.

Musavat.com xəbər verir ki, məlumata görə, Tatarıstanda yerləşən Aurus avtomobillərinin yığıldığı zavod bağlanır. Layihənin rentabelli olmadığı və yüksək qiymətlərə baxmayaraq gözlənilən satış göstəricilərinə nail olunmadığı qeyd edilir.

Aurus avtomobillərinin qiyməti 50 milyon rubldan başlayır. Prezident üçün nəzərdə tutulan limuzinin qiymətinin isə 117 milyon rubla çatdığı bildirilir. Daha münasib qiymətli yeni modelin belə Çin istehsalı olan Hongqi platforması əsasında hazırlandığı vurğulanır.

Bir vaxtlar Rusiyanın avtomobil sənayesinin simvolu kimi təqdim edilən Aurusun dünya bazarında möhkəmlənə bilmədiyi qeyd olunur.

Maraqlıdır ki, eyni dövrdə Rusiyada Lada Granta bazasında cənazə avtomobillərinin istehsalına başlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR