İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin qızları Peterburq Forumunda

1543 05.06.2024 20:57 Region A A

Hər ikisi panel müzakirələrdə məruzə edəcəklər   

Bu gün  Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumu  başlayıb. 

Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, Peterburq forumunda Rusiya  Prezidenti Vladimir Putinin hər iki qızı- Katerina Tixonova və Mariya Vorontsova da  ilk dəfə çıxışlar edəcəklər. Bu barədə  Forumun proqramında məlumat yerləşdirilib. 

putin_61649244533.jpg (28 KB)

Bildirilir ki, Putinin qızlarının adı builki tədbirin ilkin proqramına əvvəl daxil edilməyiblər. Onlar adı yalnız bir gün əvvəl, iyunun 4-də tədbirin proqramında qeyd olunub. Güman etmək olar ki, bu ilkin məxfilik Putinin qızlarından birinin  təhlükəsizliyi ilə əlaqədardır. 

Belə ki, Putinin kiçik qızı, “İnnopraktika” şirkətinin baş direktoru Katerina Tixonova iyunun 6-da “texnoloji suverenliyin təmin edilməsində” hərbi-sənaye kompleksinin roluna həsr olunmuş paneldə canlı iştirakçı olmayacaq.  Katerinana onlayn çıxış edəcək. 

Prezidentin böyük qızı, Rusiya Elmin Təbliği Assosiasiyasının  Rəyasət Heyətinin üzvü Mariya Vorontsovanın çıxışı isə iyunun 7-nə planlaşdırılıb. O, Peterburq Forumunda şəxsən iştirak edəcək və yüksək texnologiyaların inkişafı haqqında danışacaq.  Buna qədər Forumda adətən Katerina Tixonova çıxış edib. Mariya Vorontsova SPIEF-ə iki dəfə - 2019 və 2021-ci illərdə qonaq qismində gəlib. 

4rieowb24o47u6doxi14xa7q62jvlc49.jpg (126 KB)

Bu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 5-dən 8-dək keçiriləcək. Forumun əsas mövzusu “Çoxqütblü dünyanın  yeni inkişaf nöqtələrinin formalaşmasıdır” .

Tədbirdə 17 mindən çox insanın - Misir, Qazaxıstan, Türkiyə, Çin, ABŞ, Böyük Britaniya, Hindistan və digər ölkələrdən nümayəndə heyətləri və media nümayəndələrinin iştirak edir. 

Builki forumun əsas qonaqları ABŞ və Qərb ölkələrini kəskin tənqid edən Boliviya Prezidenti Luis Larse və Zimbabve  Prezidenti Emmerson Mnanqaqva olacaq.  Tədbirdə  separatçı Abxaziya və Cənubi Osetiyanın “liderləri” - Aslan Bjaniya və Alan Qaqloyev də iştirak edir. 

2006-cı ildən Vladimir Putin hər il  Peterburq  Forumunda iştirak edir.  O, sabah Boliviya və Zimbabve prezidentləri ilə danışıqlar aparacaq, iyunun 7-də isə onlarla birlikdə plenar iclasda iştirak edəcək və burada hərbi əməliyyatlar şəraitində Rusiya iqtisadiyyatının fəaliyyətini qiymətləndirəcək.  

 Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR