İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Paşinyana “Köçəryan MESAJI”

1185 31.12.2023 13:43 Siyasət A A

“Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə Avropa liderlərindən yalnız Serbiya prezidenti Aleksandr Vuçiçi və Macarıstanın baş naziri Viktor Orbanı təbrik edib. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və üzləşdiyi sanksiyalar fonunda bu, təbiidir”.

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

elxan.jpg (68 KB)

Politoloq bildirib ki, Kreml sahibinin Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanla Serj Sərkisyanı təbrik etməsi də qeyri-adi deyil:

“Putin bununla demək istəyib ki, Rusiya öz adamlarını unutmur. Putinin imkanı olsaydı, baş nazir Nikol Paşinyanı devirib yaxın dostu Köçəryanı Ermənistanda hakimiyyətdə oturdardı. Ancaq Köçəryanın və Sərkisyanın erməni cəmiyyətində heç bir nüfuzu qalmayıb. Buna baxmayaraq, Putin Köçəryanı hələ dəftərindən silməyib və bu təbrik də Paşinyana mesajdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR