Musavat.com xəbər verir ki, Paris küçələrində gərgin anlar yaşanıb. Ukraynalı jurnalistlər Rusiya Prezidenti Vladimir Putinin nikahdankənar qızı hesab edilən Yelizaveta Krivonoqixlə qarşılaşıb və ona sərt suallar ünvanlayıblar.
NEXTA Live-in yayımladığı kadrlarda jurnalist Krivonoqixə yaxınlaşaraq: “Sizin atanız mənim qardaşımı öldürdü”, — deyə müraciət edir. Krivonoqix isə heç bir şərh vermədən buna reaksiya göstərməkdən imtina edir.
TSN jurnalistləri isə ona daha provokativ sual ünvanlayıb: “Kiyevə PVO kimi gəlməyə hazırsınızmı?” — bu sual Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi raket hücumlarına eyham kimi səslənib.
Krivonoqixın yeganə cavabı qısa olub: “Heç cür kömək edə bilmərəm.”
Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub.
Musavat.com






