İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Gerasimov qərarının sirri

3035 12.01.2023 21:41 Yazarlar A A

Donbasda həlledici döyüşlərəmi hazırlaşır, müharibəni mümkün qədər tez- “Donetsk Xalq Respublikası”nın sərhədinə çataraq dayandırmaqmı istəyir?

Putinin müharibə zonasında əsas məsuliyyəti Baş Qərargah rəisi Valeri Gerasimova dövr etməsi Ukraynada əks cəbhədə döyüşün əsas strateqləri- NATO və ABŞ generalları üçün gözlənilməz olub. Rusiya Müdafiə Nazirliyinin kadr dəyişikliyi ilə bağlı məlumatı da bulmacadır: “Xüsusi Əməliyyat Zonasında vəzifələrin əhatə dairəsinin genişləndirilməsi”, “Silahlı Qüvvələrin arasında daha sıx qarşılıqlı fəaliyyət ehtiyacı”, eləcə də “bütün növ qoşun qruplaşmalarının komandanlığı və nəzarətinin effektivliyinin yaxşılaşdırılması” kimi ifadələr heç nə demir...

Rusiya Müdafiə Nazirliyinin açıqlamasını dəqiq necə şərh etmək lazımdır? Putin niyə qəfil bu dəyişikliyə getdi? Donbasda həlledici döyüşlərəmi hazırlaşır, müharibəni mümkün qədər tez- “Donetsk Xalq Respublikası”nın sərhədinə çataraq dayandırmaqmı istəyir? Bu dəyişikliyin ABŞ və müttəfiqlərinin Ukrayna daha müasir silahlar verməsi qərarı ilə əlaqəsi varmı? Suallara çoxdur, cavab isə yoxdur. Daha doğrusu, cavab Putindədir. Ona da Ərdoğan və Rəisi də başqa zəng edən yoxdur.

Qərb ekspertlərinin və medianın baş verən dəyişikliklə bağlı irəli sürdükləri versiyalar falçılığa daha çox bənzəyir. Rusiya mediası isə daha yaradıcıdır, gözə dəyən maraqlı versiyalar var. Məsələn, sən demə, cəmi üç ay əvvələdək ancaq hərbi dairələrin tanıdığı Sergey Surovikin “İlin ən yaxşı on siyasətçisi" sırasına daxil olubmuş. Sorğu dərc olunan gün isə yerini Gerasimova verib.(Ukraynada Birgə komandanlığına Surovikinlə yanaşı Quru Qoşunlarının Baş Komandanı və Baş Qərargah rəisinin müavin də daxildir). Təsadüfmü? Rus mediasının iddiasına görə, Surovikin guya “şişibmiş”, Putin də ona görə onu əsas fiqur kimi hərb meydanında geri çəkib və sairə...

288bafebc5cfdaa06885931d0d8cd446.jpg (45 KB)

Putini hakimiyyətdən yıxacaqları haqda iddialar az qala bir ildir dövriyyədədir. Məncə, Putin arxayındır ki, onu kimsə hakimiyyətdən aşıra bilməz, daha doğrusu, buna ağıl etməz. Putin Rusiyası indi elə bir dolanbacdadır ki, onun yerinə gələn olarsa, bu düyünü açmamış kəlləsi gedər. O səbəbdən, Putini hakimiyyətdən getməyə ətrafı buraxmaz, əksinə üzərində əsir, qoruyur...

Rusiyanın indiki vəziyyətində Gerasimovun rəhbərliyi ilə belə bir müharibə strategiyası yəqin ki, yeganə mümkün və düzgün qərardır. Əhəmiyyətli olan detallar deyil. Putin üçün yalnız son nəticə vacibdir.

Gerasimovu Rusiya-Ukrayna müharibəsinin əsas “anti-qəhrəmanı” hesab edirlər. Bir sıra xarici hərbi mütəxəssislər onu yeni nəsil müharibə konsepsiyasının əsasını təşkil edən "Gerasimov doktrinası" nın yaradıcısı sayır. 2015-ci ilin avqustundan Ukrayna Hərbi Prokurorluğu onu "Donbasdakı müharibənin əsas ideoloqu" elan edib. Kiyevin Şevçenkovski Rayon Məhkəməsi onun və daha 10 zabitin qiyabi həbsi barədə qərar da çıxarıb.

Map_of_the_war_in_Donbass.svg.png (417 KB)

2012-ci ildə yeni müdafiə naziri Sergey Şoyqu Gerasimovun Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini vəzifəsinə namizədliyini təqdim etdi. 2012-ci ilin 9 noyabrında Rusiya prezidenti Vladimir Putin onu Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edib. Gerasimov Rusiya Təhlükəsizlik Şurasının üzvüdür. Gerasimov Rusiyanın 2015-ci ilin sentyabr ayında başlayan Suriyadakı hərbi əməliyyatlarının əsas təşkilatçısıdır. Hərbi vəzifə borcunu yerinə yetirərkən “cəsarət və qəhrəmanlığa görə” 2016-cı ilin mayında Rusiya Qəhrəmanı adına layiq görülüb. Gerasimovu 1942-1946-cı illərdə Baş Qərargah rəisi olmuş Georgi Jukovla müqayisə etmək olar. Leninqradın müdafiəsi, Moskva, Stalinqrad, Kursk və nəhayət Berlin uğrunda döyüşü qələbə ilə başa çatdırmış Jukovla... Düzdür, qələbə paradından sonra Jukov Stalinin qəzəbinə gəlmişdi. 1946-cı ildə Moskvadakı bütün vəzifələrini itirdi, Odessa Hərbi Dairəsinə göndərildi. Gerasimov Putinin istədiyi mümkün qələbəni təmin edə bilsə, onu nə gözləyir, bunu da demək mümkün deyil...

photo_188852.jpg (36 KB)

Dekabr ayında “The New York Times" Gerasimovla bağlı ilginc məlumat yazmışdı. İddia olunurdu ki, ABŞ rəsmiləri Gerasimovun Ukraynaya səfər etməyi planlaşdırdığını öyrənsələr də, bu məlumatı ukraynalılarla bölüşməyiblər. Onlar qorxublar ki, onun həyatına qəsd Rusiya ilə ABŞ arasında müharibənin başlamasına səbəb ola bilər. Gerasimov zatən bir ilə yaxındır Amerika və NATO ilə elan olunmamış müharibədədir.

Gerasimov indi müharibənin əsas fiquruntı oldu və belə çıxır ki, ABŞ kəşfiyyatı bu dəfə onun Ukraynadakı yerini təsbit etsələr, Zelenskiyə “vur” deyəcəklər? Bir sual da bu...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR