İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin dekabr qərarı: “Dincəlin, gedirəm” deyəcək, yoxsa qalacaq...

3317 25.12.2022 15:20 Yazarlar A A

“Rusiya birbaşa Allah tərəfindən idarə olunur. Əks halda, bu dövlətin hələ də necə mövcud olduğunu təsəvvür etmək mümkün deyil!” 

(Rusiya ordusunun komandanı Feldmarşal Burhard Xristof)

Həftənin əvvəlində Minskdə Putinlə danışıqların yekunu ilə bağlı mətbuat konfransında Lukaşenko  yarızarafatla dedi ki, onlar arasında “planetin ən zərərli və zəhərli adamının kimdir” mübahisəsi  var. Belarus liderinin sözlərinə görə, Putin bu sözü özünə götürür, “mənəm” deyir. Lukeşonkonun ikilikdə olmuş belə həssas mövzuda açıq danışmasının Putinin xoşuna gəlmədiyini üzünün ifadəsindən oxumaq çətin deyildi...

Zelenski də Putini dünyanın “ən zalım lideri” hesab edir və deyir ki, müharibə yalnız Rusiya prezidenti öləndən sonra bitəcək. Hələ müharibədən əvvəl Bayden də ona vampirfason nəsə demişdi. 

Putin.jpg (256 KB)

Heç bir mübağiləsiz demək olar ki, dünyanın böyük əksəriyyəti Putini şər qüvvələrin təmsilçisi hesab edir. Bir siyasi lider üçün bunun hansı psixoloji diskomfort yaratdığını həmin adamın yerinə demək çətindir. Putin 22 ildir hakimiyyətdədir və belə münasibətə çoxdan öyrəncəli olmalı. 

Qərb liderlərinin niyə həmişə yarısırxoş olan Boris Yeltsinlə deyib-güldüyünü, Putinlə də  hakimiyyətinin ilk illərində yaxşı anlaşdıqlarının, indi isə izolyasının səbəbini təkcə Ukrayna müharibəsi ilə əlaqələndirmək olmaz. Tezliklə dağılacağını düşündükləri Rusiyadan indi ehtiyat edirlər,bir az da qorxurlar. Putin ölkəsinə xüsusilə, 2014-cü ildə-  Krımın anneksiyasından sonra “n” qədər problem yaradıb, indi isə ölkə sonu bəlli olmayan ağır sanksiyalar altındadır. 

dddd-1646392254.jpg (102 KB)

Azərbaycan da daxil keçmiş possovet ölkələrində, cəmiyyətin rus liderə müsbət münasibət haqda danışmaq mümkün deyil ki, bunun da səbəbləri var. Yaxın tarixədək davam edən işğalda Rusiyanın da ciddi payı var, 2020-ci ilin noyabrından isə rus sülhməramlıları Qarabağın dağlıq hissəsində yerləşdirilib ki, bu da nazrazılıqların artması üçün ciddi səbəbdir. Qazaxıstan və Qırğızıstana gəlincə,  indi onlar da özünə Çinin simasında yeni “dayı” axtarışdandadır. Azərbaycan-Türkiyə müttəfiqliyi hər keçən gün daha da möhkməmlənir, Ermənistan isə 44 günlük müharibədən sonra başına gələn bütün bəlalarda Putini suçlayır. Rusiyalı təhlilçilərə görə, bu davranışlar, əslində post-Putin dövrünə hazırlıqdır. Leninizmi, Stalinizm, Brejnev durğunluğu və ya Qorbaçovun yenidənqurması kimi daha bir dövr-Putinizm tarix olan bilər. 

00000000000000000000000000000000000000000000jpg-1670914790.jpg (234 KB)

Məlumdur ki, 2023-cü ilin dekabrında Rusiyada növbəti prezident seçkiləri kampaniyasına start veriləcək və mart 17-də ölkə yeni dövlət başçısını seçməlidir. Putin dekabrda ya “daha dincəlin, gedirəm”deyib, dünyanı rahatlamalı, hakimiyyətdəki son üç ayını başa vurmalıdır, ya da “davam edirəm” deməlidir. Bütün parametrləri ilə 2023 Rusiya üçün çox gərgin və mühün il olacaq. 2023-cü il sentyabrın 10-da federasiyanın 21 subyektində qubernator seçkiləri də olacaq, bu da "böyük seçkilərin"proloqu hesab oluna bilər. 

Son bir ildəki sorğuları da onu göstərir ki, əksəriyyət Putini 2024-cü ildən sonra prezident olaraq görmək istəmir. Rəy soröusunda iştirak edən əksəriyyət deyir ki, Putinin prezidentliyi çox uzun çəkdi, yorğundur və təqaüdə çıxmaq vaxtıdır. Amma Putinə alternativ görməyənlərin sayı da az deyil. 

 Putin şəxsən seçkidə iştirak edəcək » TEHSIL-PRESS Agentliyi

Putinin seçkilərdə iştirakla bağlı hələ qərarı məlum deyil, iki gün əvvəlki son brifinqdə jurnalistlər ondan səhhəti ilə bağlı soruşdular. Putin dedi ki, idmanla müntəzəm məşğul olur, “sağlam bədəndə, sağlam ruh olar”. Putinin dövlət başçısı olaraq qalıb-qalmamasına hələ ki, elitanın mövqeyi yoxdur. Keçmiş baş nazir Stepaşin isə deyib ki, “heç kim həmişəlik ölkə lideri ola bilməz, amma Putin “bir müddət də öz xaçını daşımalı” (“свой крест пронести еще”)  və 2024-cü il seçkilərindən sonra vəzifəsində qalmalıdır. “Putin getsə, ölkədə vəziyyət yaxşılaşacaq, yoxsa pisləşəcək” sualı ətrafında da narahatlıq var. 

Rusiyada Putindən sonra nə baş verəcəyi sualı ən azı 2003-cü ildən gündəmə gəlib və hər dəfə cavab  onun qalacağı olub. Etiraf etmək lazımdır ki, bu ssenari indi də inandırıcı görünür. 2020-ci il konstitusiya dəyişiklikləri Putinə öz postunu daha 12 il saxlamağa hüquqi şərait yaratdı və siyasi vəziyyət hələ də “Putinin gedəcəyinə”işarə etmir. Ən azı həm də Ukraynada davam edən müharibə səbəbindən... Ukraynadakı müharibə 2024-cü ilin martına qədər başa çatmayacağı halda, o zaman prezidentin seçkiləri hərbi şəraitə görə “daha yaxşı vaxtlara qədər” təxirə salına bilər. Bu ola bilərmi? Niyə də yox? 

Putinə nə olub? – “Politico” qəzetinin araşdırması

Həddindən artıq çoxlu səhvlər və onları etiraf etmək istəməmələri fonunda Putin hakimiyyəti zahirən rahat və sakit görünür, amma daxili gərginlik əlbəttə ki, çoxdur. Məsələn, Putin sanksiyalardan ciddi əziyyət çəkən və milyardlar itirən biznes elitası ilə  ilsonu görüşmədi və bunu “artan qrip xəstələyi” ilə izah etdi. İndi Putinə əsas “müxalifət”də məhz oliqarxlar hesab olunur ki, onların bəziləri ölkədən qaçıb, bəziləri isə “əli-qolu” bağlı oturub. Amma Putin ən yaxın bir çox tərəfdarı dövlət korporasiyalarında (məsələn, “Rosneft”, “Qazprom”, “Sberbank”) və ya dövlət qurumlarında rəhbər vəzifələrdədir. Və onlar əlbəttə ki, onlar Putini də , bu sərvəti də qorumağa çalışacalar. 

Putinin gələcək planlarında hakimiyyətdən çəkilmək varsa, o halda artıq hakimiyyətin transformasiya sürətləndirməlidir. Naxçıvana ağlınız getməsin, orada 30 illik hakimiyyətin “transferi” 15 gündən də az vaxt apardı. Rusiyada isə hakimiyyətin transformasiya planı varsa, bu,hətta  Ukraynadakı kimi ciddi “xüsusi əməliyyat” tələb edə bilər. 

Moskvada Azərbaycan ilə Rusiya arasında tarixi sənəd imzalandı | marja.az

Biz aydın başa düşməliyik ki, 2022-ci ildəki Rusiya iki il əvvəlkindən çox fərqlidir. Bu, 2019, 2018-ci illərdə bildiyimizdən tamamilə fərqli bir Rusiyadır. Onu  da unutmamalıyıq ki, Rusiyada Çində olduğu kimi strateji qərarlar 50 illik verilmir. Rusiyada qərarların hamısı çox qısamüddətlidir. 

Rusiyada mümkün hakimiyyət dəyişikliyinə hazır olmaq lazımdır, bu,  bizə Xankəndi və ətrafı ilə bağlı çevik qərarlar verməyə hazır olmağı tələb edir... 
 

Nazim SABİROĞLU, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR