İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin aşpazı” Navalnının olduğu həbsxanaya gedib və...

1018 21.12.2022 16:45 Region A A

“Təsəvvür edin, “Putinin aşpazı” Priqojin məhkumları döyüş dəstələrinə cəlb etmək üçün mənim cəza çəkdiyim yerə gəlib”.

Musavat.com xəbər verir ki, bu barədə Aleksey Navalnı vəkili vasitəsilə instaqram hesabında məlumat yayıb.

Navalnının sözlərinə görə, məhkumlar Yevgeni Priqojinin cəzaçəkmə müəssisəsinə helikopterlə daxil olduğunu görüblər. Həbsxana rəhbərliyinin göstərişi ilə məhbuslar rəsmilərlə birlikdə meydançaya toplaşıblar.

“Mən 10 il həbsxanada yatmışam, sizi zərbəçilərim olmağa çağırıram. 6 aydan sonra hamını əfv edəcəyəm, düşünmək üçün 5 dəqiqəniz var” - deyə Priqojin onlara bu sözlərlə müraciət edib. Bundan sonra 80-90-a yaxın adam qeydiyyatdan keçmək üçün inzibati binaya gedib. Navalnı “cəlb olunma” prosesinin ikinci dalğasının da baş verdiyini yazıb:

“İndi 100% deyə bilərik ki, bu ölkədə qanun, məhkəmələr yoxdur. Bir barmaq zərbəsi ilə sözün əsl mənasında 24 saat ərzində ağır cəzalara məhkum edilmiş qatillər və quldurlar heç bir məhkəmə və ya hətta Putin tərəfindən də deyil, həbsxanada 10 il “təpik döyməsi” ilə öyünən bir “dazbaş” (Priqojin - red.) tərəfindən azad edilir”.

Xatırladaq ki, Aleksey Navalnı Vladimir vilayətinin Melexovo şəhərindəki sərt rejimli koloniyada cəza çəkir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR