İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin 659 milyonluq “üzən sarayında” nələr var? – Kamran Həsənli “Canlı”da

1302 29.12.2022 15:53 Gündəm A A

Putinin 659 milyon dollarlıq superyaxtasının yeni görüntüləri yayılıb.

“AzPolitika.info” Britaniyanın “The Sun” nəşrinə istinadla xəbər verir ki, “Şəhrizad” adı verilən yaxta Rusiya Prezidenti Vladimir Putin üçün xüsusi olaraq hazırlanıb.

Dəbdəbəli mebellər, geniş divanlar və bahalı lampalarla bəzədilmiş yaxtada saysız-hesabsız hovuzlar, spa, sauna, teatr zalı, idman zalı, iki helikopter meydançası var.

Yaxtada diqqət çəkən əşyalardan biri də qızıl ilə örtülmüş tualet kağızı tutacağıdır.

“Üzən saray”ın tikintisində çalışan işçilərdən biri “The Sun” nəşrinə bildirib ki, yaxtadakı otaqların əksəriyyəti mərmər və qızılla bəzədilib: “Bu yaxta mini şəhərə bənzəyir. Hətta yaxtada xəstəxananın da olduğu deyilir. Rusların orta illik maaşları 6591 dollar olduğu halda, Putinin belə bir dəbdəbəli yaxtaya sahib olması ağlasığmaz bir şeydir”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR