İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən TƏLƏB: “Navalnıya qarşı zorakılıq dayandırılsın”

714 11.01.2023 15:26 Region A A

Rusiyalı həkimlər prezident Vladimir Putinə açıq məktub göndərərək müxalifətçi Aleksey Navalnıya qarşı təzyiqləri dayandırmağı və onu lazımi şəraitlə təmin etməyi tələb ediblər.

Musavat.com xəbər verir ki, məktubun mətni “Meduza” saytında dərc olunub.

Məktub müəllifləri Vladimir vilayətindəki ciddi rejimli koloniyada cəza çəkən Navalnının saxlanma şəraitinə etiraz ediblər. Həkimlərin fikrincə, Aleksey Navalnının saxlanma şəraiti onun həyatı, sağlamlığı üçün böyük narahatlıq doğurur. Federal Penitensiar Xidmətin nümayəndələrinin həbsdə olan müxalifətçiyə lazımi dərmanları verməkdən imtina etməsi bu narahatlığı gücləndirir.

“Aleksey Navalnıya kifayət qədər tibbi yardım göstərilmir və onun cəza kamerasında saxlanması sağlamlığı üçün əsl təhlükədir”, - müraciəti imzalayan rusiyalı həkimlər bildirirlər. Onların sözlərinə görə, həbsdə olan şəxslərin də tibbi yardım almaq hüququ var.

Rusiyalı həkimlər Konstitusiyanın təminatçısı kimi prezident Putinə müraciətlərində mülki həkimlərin Aleksey Navalnı ilə görüşməsinə icazə verilməsini və sübut olarsa, onun tam müayinə və müalicə üçün mülki xəstəxanaya yerləşdirilməsini tələb edirlər.

Qeyd edək ki, həmin məktubu Moskvadan olan 300-dən çox həkim imzalayıb.

Bu ilin yanvarın 9-da məlum olub ki, Yeni il qabağı Aleksey Navalnı 10-cu dəfə cəza kamerasına salınıb və bununla da 2023-cü ili orada qarşılayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR