İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən TƏCİLİ: ABŞ qoşunları Rusiya sərhədlərindədir, Moskva dronla VURULDU - CANLI

1096 19.12.2023 15:38 Dünya A A

“Demək olar ki, bütün ermənilər sülh və əmin-amanlıq istəyir. Bəli, Qarabağı unutmurlar, amma artıq döyüşmək də istəmirlər”. Erməni şərhçşi Tevos Arşakyan deyib.

T.Arşakyan sülh istəməyənlərə “Əgər döyüşmək istəyirsinizsə, əlinizə silah alın, Azərbaycan sərhədinə doğru yürüş edin, bəlkə onda kimsə sizə inanar” deyə müraciət edib.

Rusiya Müdafiə Nazirliyi Moskvaya dron hücumu ilə bağlı məlumat yayıb. Məlumatda Ukrayna tərəfinin təyyarə tipli pilotsuz uçan aparatla (PUA) ilə Rusiya paytaxtına hücum etdiyi bildirilib. Moskva vaxtı ilə saat 12.35-də Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

Hava hücumundan müdafiə sistemləri Moskva vilayətinin Odintsovo rayonu ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

“Qərb Rusiyaya qarşı hibrid müharibə aparmağa davam edir”. Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasında çıxışında bildirib. Onun sözlərinə görə, Qərb ölkələri Kiyevi real vaxt rejimində kəşfiyyat məlumatları ilə təmin edir və silah ötürür. Putin Şimali Atlantika Alyansının Rusiya sərhədlərində aktivləşdiyini də söyləyib: “NATO-nun fəaliyyəti kəskin artıb, Rusiya Federasiyasının sərhədlərinə ABŞ-nin əhəmiyyətli dərəcədə qüvvələri yerləşdirilib”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu milli siyasət üzrə ekspert Sülhəddin Əkbərlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR