İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukraynaya göndərdiyi generallara öz inisialları yazılan xaç verdirəcək

448 07.01.2025 19:46 Dünya A A

Rusiya prezidenti Vladimir Putin Ukraynaya müdaxilənin iştirakçıları və hərbi hissələrin komandirlərinə veriləcək xaçların zəncirlərinin halqalarına öz ad-familiyasının baş hərflərini həkk etməyi xahiş edib.

Musavat.com xəbər verir ki, məlumatı Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

Peskov Putinin sözlərindən də sitat gətirib: "Düşünürəm ki, yoldaşlarımız Milad gecəsi bayram ibadəti zamanı Moskva və Bütün Rusiyanın Patriarxı tərəfindən təqdis olunan bu iman simvollarını almaqdan şərəf duyacaqlar".

Patriarx Kirill Putinin xahişi ilə və onun iştirakı ilə Rusiya hərbçiləri üçün xaçların və ikonaların təqdis edilməsi mərasimini keçirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR