"Ermənistan indi bəzi havadarlarının dəstəyi ilə keçmişin aləti olan və hər hansı funksiyası olmayan Minsk Qrupunun hər vəchlə saxlanılmasına cəhd göstərir".
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev xatırladıb ki, Minsk qrupu yaradılarkən onun təməlini yalnız hazırda mövcud olmayan münaqişənin həlli təşkil edib:
"Bu gün Minsk qrupuna heç bir ehtiyac yoxdur və ola da bilməz. Minsk Qrupunu dirçəltməyə çalışmaq utopik fikirlər ola bilər. Minsk Qrupu yaradılanda onun təməlini yalnız münaqişənin həlli təşkil edib və indi münaqişə yoxdur. Ermənistan və Azərbaycan arasında normallaşma prosesi verdiyi bir şəraitdə Ermənistan tərəfi yenə də səmimiyyət nümayiş etdirməyərək Minsk Qrupu kimi dağılmış bir alətin saxlanılmasına çalışır. Azərbaycan bu məsələdə israrlıdır ki, həm bu kimi, həm də Ermənistanın konstitusiyası ilə bağlı məsələlər aradan qaldırıldıqdan sonra regionda sülh üçün yaxşı şərait formalaşa bilər".
Nigar HƏSƏNLİ,
Musavat.com