İnsanlara hürriyət, millətlərə istiqlal!

Duda ABŞ-ni Polşada nüvə silahı yerləşdirməyə çağırıb

147 13.03.2025 14:25 Dünya A A

Polşa rəhbəri Anjey Duda ABŞ-nin nüvə silahını ölkəsinin ərazisində yerləşdirmək təklifi ilə çıxış edib.

Musavat.com Financial Times-a istinadla xəbər verir ki, o, bunun regionun təhlükəsizliyini gücləndirməyə kömək edəcəyinə və çəkindirici rol oynayacağına inanır.

“Düşünürəm ki, nəinki vaxtıdır, həm də bu silahlar artıq burada olsaydı, daha təhlükəsiz olardı”, – Duda bildirib.

Prezident qeyd edib ki, o, bu təşəbbüsü Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla müzakirə edib.

Ekspertlər bildirirlər ki, Moskva bu cür bəyanatları ciddi təhlükə kimi qəbul edəcək, çünki ABŞ-nin nüvə başlıqlarının Polşa ərazisində yerləşdirilməsi Rusiya ilə NATO arasında gərginliyi artıra bilər.

Hələlik Vaşinqtondan bu məsələ ilə bağlı heç bir rəsmi şərh yoxdur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR