İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyevdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı AÇIQLAMA

876 13.03.2025 13:42 Siyasət A A

Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də XII Qlobal Bakı Forumunda deyib.

O bildirib ki, hazırda Azərbaycanın coğrafi baxımdan yaxın olduğu Yaxın Şərqdə də məlum hadisələr baş verir.

“Mərkəzi Asiya-Azərbaycan əlaqələrini gücləndirmək xarici siyasətimizin prioritetlərindəndir. Türk Dövlətləri Təşkilatı da bölgədə yeni reallıqdır. Həmçinin hazırda Gürcüstan-Azərbaycan münasibətləri qonşuluq əlaqələri baxımından nümunədir”, - o əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR