İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “Ukraynadan Rusiyanı parçalamaq üçün istifadə edirlər”

652 31.12.2022 22:49 Region A A

Rusiya prezidenti Vladimir Putin Yeni il mesajında Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya Qərbin Ukraynadan alət kimi istifadə etdiyini bildirib.

“Qərb bizə sülhlə bağlı yalan danışdı. Bu, təcavüzə hazırlıq idi. İndi Ukrayna xalqından Rusiyanı zəiflətmək və parçalamaq üçün istifadə edir”, - deyə Putin vurğulayıb.

Vladimir Putin videomüraciət olaraq yayımlanan Yeni il mesajında ​​rus əsgərlərinin Ukraynada öz vətənlərini qoruduğuna diqqət çəkərək, əsl müstəqilliyin qəhrəman əsgərlərin mübarizəsi ilə təmin olunduğunu bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR