İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanın zənginə cavab verməyib

935 15.09.2023 13:07 Region A A

Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 9-da ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstanın baş naziri ilə telefon danışığı aparıb. İki gün sonra Türkiyə prezidenti Ərdoğanla söhbət olub, amma Putinlə danışıq baş tutmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti maraqlı məlumat yayıb.

Qəzetin yazdığına görə, Paşinyan cəbhəsi bir müddət ərzində baş nazirin Putinlə daim əlaqə saxladığını, sonuncunun (yəni Putinin) Ermənistan və Qarabağ ətrafındakı vəziyyətdən xəbərdar olduğunu mətbuata ötürməyə başlayıb. Lakin Putin Vladivostokdakı iqtisadi forumda Paşinyandan sadəcə “ətraflı məktub” aldığını bildirib.

“Mənbələrimizin bildirdiyinə görə, Paşinyan zəng edib, lakin Kreml ona cavab verməyib, bundan sonra o, Vladimir Vladimiroviçə ətraflı məktub göndərməyə məcbur qalıb”, - deyə məqalədə qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR