İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin öskürəndə Şolz bunkerə qaçır” - Makronun müşaviri

1530 16.03.2024 23:18 Siyasət A A

Almaniya və Fransa lideri arasında münasibətlər daha da pisləşib

Fransa prezidenti Emmanuel Makronla Almaniya kansleri Olaf Şolz arasında ilk gündən qarşılıqlı anlaşma olmayıb və indi liderlər arasında fikir ayrılığı daha da dərinləşib. Bu barədə “Bloomberg”öz  mənbələrə istinadən məlumat yayıb.

“Bloomberg”in Fransanın güc strukturlarındakı  mənbəsinin dediyinə görə, Makron  Almaniya kanslerini “cəsarətsiz və ambisiyasız, qısa müddətdən artıq düşünə bilməyən bir siyasətçi”  hesab edir.

Almaniya kanslerinin köməkçiləri də öz növbəsində etiraf edirlər ki, Fransa və Almaniya liderləri anlaşmır. Berlində Makron “möhtəşəm ideyaları həyata keçirməkdən daha yaxşı təqdim edən monarxiya xadimi” kimi qəbul edilir.

makron solt.jpg (73 KB)

“Fikir ayrılıqları iki liderin birgə işləməsində uzun müddətdir  çətinliklər yaradıb. Onların fərqli üslublarını və bu fikir ayrılıqlarının son nəticədə Rusiyanın xeyrində ” deyə ,  “Bloomberg”in materialda deyilir.

Mənbələr həmçinin “Bloomberg” lə o rəyi də bölüşüblər ki, Makronun Ukraynaya qoşun yeritməsi ilə bağlı sözləri “qəsdən  Rusiya hərbi strateqləri arasında qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyırdı”. Lakin Fransa prezidentinin mesajı həm də Almaniya kansleri ofisinin niyyətlərinə ziddir. Buna görə də, Şolz  Makronun mövqeyini medianın manşetlərinə düşən kimi dərhal təkzib etdi.

Parisdə yerləşən Beynəlxalq İnstitutun tədqiqatçısı Rym Momtaz deyib ki, “Makronun mövqeyi Fransanın Ukraynaya  göstərdiyi məhdud  hərbi yardımla zəifləyir, bu isə Parisin  Avropanın ən güclü hərbi gücü statusuna uyğun gəlmir”. 

solts.jpg (141 KB)

Üstəlik, Makronun bəzi müttəfiqlərin  Ukraynaya yalnız “dəbilqə və yataq çantaları” təklif etməsi ilə bağlı Almaniyaya işarə edən “zarafat”ı kanslerin yadından çıxmayıb. Çünki Almaniya Ukraynaya kömək üçün Fransadan daha çox pul xərclədiyinə əmindir.

Bu arada “The Times” iki liderin münasibətlərinin daha da pisləşdiyinə dair xəbər yayıb. Nəşr yazır ki, Fransa prezidenti Emmanuel Makronun müşaviri deyib ki, “Putin öskürəndə  Şolz bunker axtarmağa qaçır”.

Qəzet  Şolzun Makron və Polşanın baş naziri Donald Tusk ilə görüşündən sonra Almaniyanın Ukraynaya “Taurus” raketlərini göndərməyə razı sala bilməyib.  

Orxan ƏLİYEV,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR