İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin nüvə ilə hədələdi - Makron geri addım atdı VİDEO

858 05.03.2024 12:10 Dünya A A

NATO-nun Ukraynaya qoşun yeridəcəyi təqdirdə nüvə müharibəsi ilə hədələyən Rusiya lideri Vladimir Putinin açıqlamalarından sonra Fransa prezidenti Emmanuel Makron geri addım atıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, bu barədə Makron Çexiya mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi düşünmür.

Qeyd edək ki, Rusiya lideri Qərb ölkələrinə Ukraynaya qoşun göndərməmək barədə xəbərdarlıq edib və belə bir qərarın nəticələrinin faciəli olacağını bildirib:

“Bütün bunlar həqiqətən nüvə silahının istifadəsi və sivilizasiyanın məhvi təhlükəsi yaradır. Onlar bunu başa düşmürlərmi?”

Xatırladaq ki, Putinin nüvə hədəsindən 24 saat keçməmiş Rusiya “Yars” qitələrarası ballistik raketini sınaqdan keçirib. 12 min kilometr mənzilə sahib olduğu bildirilən raket sınaq atışını müvəffəqiyyətlə tamamlayıb.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR