İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin müdafiə nazirinin bütün müavinlərinin poqonunu sökdü

3062 17.06.2024 21:48 Dünya A A

Andrey Belousovun müdafiə naziri təyin edilməsindən bir ay sonra prezident Vladimir Putin öz fərmanları ilə hərbi idarənin rəhbərliyini əhəmiyyətli dərəcədə yeniləyib. Belə ki, Leonid Qornin müdafiə nazirinin birinci müavini olub. Anna Tsivileva, Oleq Savelyev və Pavel Fradkov  nazir müavinləri təyin edilib. Putin digər əmri ilə nazirin birinci müavini Ruslan Tsalikovu, nazir müavinləri Nikolay Pankovu, həmçinin  Pavel Popov və Tatyana Şevtsovanı tutduqları vəzifələrdən azad edib.

Musavat.com xəbər verir ki, Putin ayrıca fərmanla Müdafiə Nazirliyinə 12 nazir müavininin olmasına icazə verib ki, onların arasında iki nəfər birinci müavin ola bilər. Yeni təyin olunmuş bütün  müavinlərin  hərbi rütbələri yoxdur. Yalnız Pavel Fradkovun hərbi təhsili var.

Mütəxəssislərin fikrincə, Belousovun yeni komandası əsas diqqəti hərbi idarənin maliyyə mexanizminin təkmilləşdirilməsinə, hərbi təchizat sisteminə nəzarətin gücləndirilməsinə və dövlət müdafiə sifarişlərinin qiymətinə yönəldəcək.

Müdafiə nazirinin birinci müavini Leonid Qornin 30 dekabr 1972-ci ildə Novosibirskdə anadan olub. Sibir İstehlak Kooperasiyası Ticarət Akademiyasını, Sibir Dövlət Nəqliyyat Universitetini bitirib.

Novosibirsk vilayətinin Maliyyə və Vergi Siyasəti Departamentinə rəhbərlik edib.  2012-ci ildə Novosibirsk  qubernatorunun birinci müavini vəzifəsindən Rusiyanın  maliyyə nazirinin müavini təyin edilib.  Müdafiə nazirinin müavini Anna Tsivileva 1972-ci il mayın 9-da İvanovoda anadan olub. İvanovo Dövlət Tibb Akademiyasını, Rusiya Xalqlar Dostluğu Universitetini və Dövlət İdarəetmə Universitetini bitirib. 2021-ci ildə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasında Biznesin İdarəedilməsi magistri dərəcəsi alıb. İqtisad elmləri namizədidir.

Bu illər ərzində o, psixiatr, tibbi avadanlıqlarla təmin edən “Digimed” şirkətinin marketinq direktoru, İsveçrənin “Kolmar Sales and Logistics” şirkətinin baş direktoru  vəzifələrində çalışıb. 2024-cü ilin aprelində o, Vətən Müdafiəçiləri Fondunun sədri təyin edilib.

Putin Appoints Oleg Savelyev as Russia's Deputy Defense Minister | News |  teleSUR English

Müdafiə nazirinin digər müavini Oleq Savelyev 1965-ci il oktyabrın 27-də Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. 1988-ci ildə Leninqrad Politexnik İnstitutunun radiofizika fakültəsini bitirib. PR məsləhətçisi və siyasi strateq kimi işləyib. 2008-2014-cü illərdə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini olub. O, Elvira Nabiullina, Andrey Belousov və Aleksey Ulyukayevin rəhbərliyi altında çalışıb.2014-cü ilin martından 2015-ci ilin iyuluna qədər - Dmitri Medvedyev hökumətində Rusiya Federasiyasının Krım üzrə naziri olub. Sonra 2018-ci ilə qədər Rusiya  Hökumətinin  Aparat rəhbərinin müavini olub. 2018-2019-cu illərdə Rusiya Federasiyası Hesablama Palatasının aparatına rəhbərlik edib.

Pavel Fradkov Rusiya  Prezident  Administrasiyası  rəhbərinin birinci müavini vəzifəsindən müdafiə nazirinin müavini təyin edilib. 3 sentyabr 1981-ci ildə anadan olub. Moskva Suvorov Hərbi Məktəbini bitirib.  

800x400.jpg (106 KB)

Bəlli olub ki, müdafiə nazirinin birinci müavini Leonid Qornin orduda maliyyə təminatı məsələlərinin bütün spektrinə nəzarət edəcək. Onun əsas məqsədləri maliyyə axınlarının şəffaflığını artırmaq və büdcə vəsaitlərinin səmərəli xərclənməsini təmin etməkdir.

Pavel Fradkovun səlahiyyətlərinə əmlakın idarə edilməsi, torpaq ehtiyatları, həmçinin Rusiya Müdafiə Nazirliyinin  ehtiyacları üçün obyektlərin tikintisi məsələləri daxildir.

 Müdafiə nazirinin digər müavini Anna Tsivileva hərbi qulluqçuların sosial və mənzil təminatının təşkili, insanların mərkəzdə olduğu hərbi idarədə bütün əlaqəli proseslərin transformasiyası və yeni keyfiyyət səviyyəsinə çatdırılmasına cavabdeh olacaq. 

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR