İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin Moskvadan buna görə çıxır” - Polkovnik ŞOK DETALLARI açdı

2210 20.04.2023 16:26 Son xəbər A A

“Çətin vəziyyətə düşmüş Rusiyaya danışıqlar prosesinin başlanması hava və su kimi lazımdır. Bundan əvvəl də Kremlə yaxınlığı ilə tanınan Yevgeni Priqojin bildirmişdi ki, danışıqlar masasına keçmək lazımdır. Ancaq Ukrayna heç bir halda danışığa getməyəcək”.

Bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

d51eecb91f1e4e47d311b2761efca810.jpg (304 KB)

Polkovnik bildirib ki, Ukraynaya verilən silah-sursat bu il ərzində ona işğal altında olan ərazilərində nəzarəti ələ almağa imkan verəcək:

“Putin bundan narahatdır. O, 9 mayda 5 belə ordu da gətirsə, heç nə əldə edə bilməyəcək. Rusiya ordusu Ukrayna cəbhəsində ötən 421 gündə peşəkarlarını itirib. İtkilərin sayı Baxmut istiqamətində daha çoxdur. Rusiyanın o istiqamətdə hər gün 600-1000 itkisi olur. Son məlumatlara görə, Rusiyanın 30 milyona yaxın ehtiyatda olan rezervi var. Guya onun hesabına nəyəsə nail olacaqlar. Rusiya “T-34” tanklarını konservasiyadan çıxarıb döyüşə göndərirsə, Ukraynaya “Challenger”, “Leopard” tankları verilir. Dünən Ukraynaya İrandan alınmış 11 ədəd “Şahid-136” və “Şahid-131” kamikadze dronu atılıb. Onlardan onu zərərsizləşdirilib. Ona görə də Rusiyanın şansı yoxdur. Rusiya əldə olanlarını da yaxın zamanlarda itirəcək.

3ea14ea1-0092-38f8-b0d1-469995e73999_850.jpg (103 KB)

Ukrayna ordusunun elit hərbi hissələri artıq Britaniyadan və digər ölkələrdən qayıdıb. Yaxın vaxtlarda onların texnikaları ilə bir yerdə performansının şahidi olacağıq. Vladimir Putinin Xersona, Zaporojyeyə getməsi sadəcə psixoloji təzyiq üçün atılan addımlardır. Putin əmin olsaydı ki, onun generalları hansısa nəticəni əldə edəcək, heç Moskvadan çıxmazdı və müharibə bu qədər uzanmazdı. Ukrayna öz işində əvvəllər rastlaşdığı çətinliklərin artıq heç birini hiss etmir. Çünki silah-sursat gəlir, kadrlar var. Doğrudur, Ukraynanın da itkiləri var. Onların içərisində Ukrayna vətəndaşı olan azərbaycanlılar da var. İstənilən halda vəziyyət Rusiya üçün fəlakətə doğru gedir. Çünki ən müasir silahların, tankların bəziləri istifadə olunur. Yaxın günlərdə hava isinəndən sonra o ağır tankların qara torpaq üzərində hərəkəti asanlaşacaq və çox böyük uğur əldə edəcəklər. Rusiya nə alsa da, 54 ölkənin hərbi dəstəyinin qarşısında duruş gətirməsi mümkünsüzdür. Rusiyanın məğlubiyyəti qaçılmazdır, biz bunu yaxın vaxtlarda görəcəyik.

Rusiya Xersonu belə əlində saxlaya bilmədi. 9 mayda raketlər, bomba atsa belə, Rusiyanın şansı yoxdur. Zelenski rahat şəkildə Ukrayna-Belarus sərhədinə gedir, əsgərlərlə görüşür, Polşaya, ABŞ-a gedir. Artıq müharibə onlara adi bir iş kimi gəlir. İtkiləri, dağıntıları olsa da, müharibəni yeni silahlarla aparırlar. Bəzi yerlərdə əks-hücum əməliyyatına başlayıblar, digər yerlərdə isə yaxın günlərdə başlayacaqları gözlənilir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR