İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin, Monika Beluççi və başqaları üçün 2024-cü il xüsusi ildir, çünki...

731 02.01.2024 23:22 Dünya A A

Əjdaha ilində bir çox tanınmış siyasətçi aktyor, müğənni dünyaya gəlib.

Musavat.com Əjdaha ilində anadan olan tanınmış şəxslər haqqında informasiyanı və onların fotolarını təqdim edir:

Yüzillik müharibənin simvolu olan Janna Dark tarixi mənbələrə görə 6 yanvar 1412-ci ildə anadan olub.

Argentinalı inqilabçı, Kuba İnqilabının komandanı və Kuba dövlət xadimi Ernesto Çe Gevara isə 1928-ci il iyunun 14-də anadan olub.

çeqe.jpg (7 KB)

Əfsanəvi döyüş ustası və kino aktyoru Brüs Li 27 noyabr 1940-cı ildə anadan olub.

brus li.jpg (103 KB)

Rusiya prezidenti Vladimir Putin 7 oktyabr 1952-ci ildə anadan olub.

Rusiyalı qarışıq döyüş sənətçisi Həbib Nurməhəmmədov 20 sentyabr 1988-ci ildə anadan olub.

maqamed.jpg (94 KB)

Amerikalı aktyor və rejissor Al Paçino, 25 aprel 1940-ci ildə anadan olub.

İspan rəssamı Salvador Dali 1904-cü il mayın 11-də anadan olub.

dali.jpg (32 KB)

Məşhur futbolçu, Braziliya millisinin hücumçusu, dünya çempionu Pele 23 oktyabr 1940-cı ildə anadan olub.

Amazon.com internet şirkətinin qurucusu Ceff Bezos 12 yanvar 1964-cü ildə anadan olub.

jeff bezor.jpg (28 KB)

İtalyan aktrisa və model Monika Belluççi 30 sentyabr 1964-cü ildə anadan olub.

Britaniyalı müğənni, bəstəkar və şair Adele 5 may 1988-ci ildə anadan olub.

Barbadoslu müğənni, aktrisa, musiqi prodüseri Rihannanın doğum tarixi 20 fevral 1988-ci ildir.

Amerikalı aktyor, prodüser Stiven Siqal isə 10 aprel 1952-ci ildə anadan olub.

Nigar HƏSƏNLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR