Rusiya prezidenti Vladimir Putin rəsmi tədbir zamanı texniki kuryozla üzləşib.
Musavat.com bildirir ki, Putin çıxışı zamanı mikrofonun düyməsini səhvən aktiv etməyib və nəticədə təxminən bir dəqiqə ərzində dedikləri zalda və canlı yayımda səssiz qalıb.
Hadisə rəsmi görüşlərin birində baş verib və texniki nasazlıq qısa müddət sonra aradan qaldırılıb.
Görüntülərdə Putinin rahat şəkildə danışmağa davam etdiyi, lakin səsin verilmədiyi aydın görünür. Zalda olanlar və texniki heyət bir müddət sonra vəziyyəti anlayaraq mikrofonu yenidən işə salıblar.
Hadisə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər tərəfindən “kuryoz an” kimi qiymətləndirilib.
Musavat.com






