İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin həbs edilən separatçılardan danışdı VİDEO

4748 05.10.2023 19:11 Son xəbər A A

Ruben Vardanyan Rusiya vətəndaşı deyil, o, vətəndaşlıqdan imtina edib.

Bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında moderator Fyodor Lukyanovun “Azərbacan rəhbərliyi çox sərt şəkildə Qarabağın keçmiş rəhbərliyini “təmizləyir”. Orada Rusiyaya yaxşı məlum olan insanlar var. Misal üçün Ruben Vardanyan. Biz Azərbaycan rəhbərliyini mərhəmət göstərməyə çağıra bilərikmi?” sualına cavabında bildirib.

“O, (Vardanyan-red.) bizim vətəndaşlıqdan imtina edib. Biz hər zaman bunu etmişik, indi də edirik. Mən telefonla Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışam. Əvvəllər də danışmışıq. O hər zaman o, məni əmin edib ki, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunacaq. İndi orda erməni qalmayıb, hamı gedib. Ola bilsin ki, 1000-1500 nəfər qalıb. O ki qaldı keçmiş rəhbərlərə, mən bilmirəm, detallara da varmaq istəmirəm. Anladığım qədəri ilə onları İrəvanda görmək istəmirlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi məlum məsələdə, Azərbaycan üçün bütün ərazi məsələləri həll olunduğu vaxtda, humanitar xarakterli mülahizələrə əsaslanacaq”, deyə Rusiya prezidenti vurğulayıb.

***

Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

Putin Qarabağın keçmiş “lider”lərinin həbsi ilə bağlı suala cavabında bildirib ki, Azərbaycan rəhbərliyinin bu məsələdə humanitar mövqedən çıxış edəcəyinə ümid edir.

Qeyd edək ki, Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR