İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin fevralın 21-də hansı sensasion bəyanatlar verəcək?

1606 11.02.2023 03:20 Yazarlar A A

Çıxışın əsas tezisləri Ukraynadakı vəziyyət, Rusiyaya qarşı sanksiyalar və ölkənin bundan sonrakı enerji siyasəti ola bilər

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-i Federal Məclisə müraciət edəcək. Bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, Putinin müraciəti zamanı əsas diqqət cari vəziyyətə yönəldiləcək. Tədbirə Ukraynadakı hərbi əməliyyatın iştirakçıları dəvət olunacağı da deyilir. Xarici jurnalistlərin akkreditasiyadan keçib-keçməyəcəyi isə hələlik məlum deyil.

Xatırladaq ki, bundan əvvəl yayılan məlumatda Putinin ilin sonunda- dekabrın 27-si Federal Məclisə müraciət edə biləcəyi bildirilirdi. Lakin sonradan izah edildi ki, “vəziyyətin dinamik inkişafı " səbəbindən konkret planların açıqlanması çətinlik yaradıb və o səbəbdən prezidentin müraciəti yubadılır. Putin sonuncu dəfə 2021-ci ilin aprelində Federal Məclisə müraciət edib. Peskov fevralın 21-dəki tədbirin “Qostinı Dvor”(“Qonaq sarayı”) da baş tutacağını bildirib.

put.jpg (135 KB)

Prezident Federal Məclisə illik müraciətlərində adətən, ölkədəki vəziyyətdən, daxili və xarici siyasətin əsas istiqamətlərindən danışır. Prezident bu dəfə nədən danışacaq? Politoloqlar çıxışın üç əsas mövzusunun olacağını təxmin edirlər. Çıxışın əsas tezisləri Ukraynadakı vəziyyət, Rusiyaya qarşı sanksiyalar və bundan sonrakı enerji siyasəti ola bilər. Sosial sahə, mənzil-kommunal təsərrüfatı, yol tikintisi, tibb, demoqrafiya - dövlət başçısının çıxışlarında həmişə bu mövzulara toxunulur.

Musavat.com xəbər verir ki, politoloq Sergey Markov prezidentin fevralın 21-də Ukraynadakı müharibə ilə bağlı sensasion bəyanatlar verə biləcəyini düşünür. “İnanıram ki, biz prezidentin çıxışında xüsusi hərbi əməliyyatın gedişi, bütün cəmiyyətin qələbəyə səfərbər olması, nəyin uğurlu, nəyin uğursuz olduğunun səbəbləri, bundan sonra nə etmək lazım olduğu barədə eşidəcəyik” deyə, Markov bildirib.

1676014767_328988194_733429658273726_4445139304790587314_n.jpg (63 KB)

Politoloq hesab edir ki, Putin mesaj zamanı Qərblə münasibətlərlə bağlı da mühüm bəyanatlar səsləndirəcək. “Biz beynəlxalq vəziyyət haqqında da eşidəcəyik. Rusiya ABŞ-ın simasında “şeytan koalisiyası” adlanan Qərb ölkələrinə dünyada açıq meydan oxuyan yeganə ölkədir. Prezidentin müraciətində əsas məsələ hakimiyyət orqanları qarşısında konkret tapşırıqların qoyulmasıdır. Bu çıxışda bəzi sensasiyalı bəyanatlar eşidə bilərik” deyə, Markov proqnoz verib.

Fevralın 22-də Moskvada Vətənin Müdafiəçisi Gününə həsr olunmuş mitinq-konsert keçiriləcək. Tədbirdə 200 min adamın iştirak edəcəyi gözlənilir. Sonuncu dəfə Putinin iştirakı ilə belə bir konsert ötən il Krımın ilhaqının ildönümündə “Lujniki” stadionunda keçirilib. Ehtimal olunur ki, mitinq-konsert prezidentin Federal Məclisə müraciətinin bir növ davamı olacaq. Peskov prezidentin mitinq-konsertdə iştirak edə biləcəyi barədə məlumatı təsdiqləməyib.

 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR