İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ermənistandan Brüssel görüşünün izahatını istəyir: nələr olacaq? – Mirmahmud Mirəlioğlu ilə “Canlı debat”

817 08.04.2022 11:42 Gündəm A A

Aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurası rəhbərlərinin üçlü görüşündən sonra verilən Brüssel bəyanatında nə “Dağlıq Qarabağ, nə də “ATƏT-in Minsk Qrupu” ifadələri yer aldı. Hansı ifadələrdən ki, İrəvan rəsmiləri “status” məsələsini gündəmə qaytarmaq üçün dəridən-qabıqdan çıxırdılar. Ermənistan hətta Azərbaycanla sülh danışıqlarının da MQ formatında aparılmasına cəhdlər göstərirdi və bundan ötrü həmsədrlərə rəsmən müraciət də eləmişdi.

Ancaq məlum oldu ki, ən azı, Avropa Birliyi Bakının mövqeyini bölüşür. Artıq Azərbaycan prezidenti İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni bir format – Brüssel sülh gündəliyi yaranıb. Bu, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni bir mexanizmdir. Məlumdur ki, bu formatda ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.

Düzdür, ABŞ və Fransa, bu ölkələrin İrəvandakı səfirləri vaxtaşırı Minsk Qrupunun adını çəkir, konfliktin guya həll edilmədiyi haqda fikirlər səsləndirirlər. Bəs son Brüssel danışıqları və onların yekunu nəhayət, Vaşinqton və Parisi də eyni mövqeyə kökləyəcəkmi? O anlamda ki, artıq “status” qatarı gedib və Minsk Qrupunu buraxmaq zamandır?

Brüsseldən Moskvaya - Paşinyan Putinlə görüşə nə ilə gedir?

Ermənistan baş naziri Nikol Paşinyan gələn həftə (aprelin 2-ci on günlüyündə) Rusiyaya səfərə gedəcək. Bu haqda öncədən anons edilib. Səfər Brüsseldə Əliyev-Paşinyan görüşündən az sonraya təsadüf edəcək. Bu gün – aprelin 8-də isə Ermənistan xarici işlər naziri Ararat Mirzəyan Rusiyaya, “xalça üzərinə” çağırılıb. Belə görünür Brüsseldə liderlər arasında baş tutmuş üçlü görüşün yekunları ilə bağlı ondan izahat istəniləcək. Moskva Avropa Birliyi tərəfindən startı verilmiş sülh danışıqlarına təkan verəcəkmi, yoxsa əngəl olacaq?

Bəs Nikol Paşinyan Putinlə görüşə hansı “baqajla” gedir? Rusiya və Ermənistan arasında da Bakı ilə Moskva arasında fevralın 22-də imzalanmış Moskva Bəyannaməsinə bənzər hansısa sənədin imzalanması gözləniləndirmi?

Bu və gündəmdəki digər xəbərləri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR