İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “Biz Avropa bazarına alternativ tapmışıq”  

982 11.10.2023 18:36 Siyasət A A

 

“Rusiya hazırda Avropa qaz bazarına praktiki olaraq alternativ tapıb”.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu prezident Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında deyib.

Rusiyanın Avropa bazarına alternativ tapıb-tapmayacağı barədə sualı cavablandıran Putin artıq tapdıqlarını deyib: “Biz bunu praktiki olaraq tapmışıq. Təchizatın həcmi hələ Avropa qitəsi ilə müqayisədə azdır, lakin bu ölkələrin iqtisadiyyatı genişləndikcə təchizat da artacaq, mən burada heç bir problem görmürəm”.

Putinin fikrincə, Avropa Rusiya qazı olmadan dolana bilmir: "Avropa ölkələri hələ ki, bizim qazımız olmadan keçinə bilmirlər. Onların, sadəcə olaraq, əlavə qazı əldə etməyə yerləri yoxdur. Bu, yəqin ki, mümkündür, amma çətindir, hətta mövcud alternativ fiziki həcmlər belə kifayət etmir. Biz hamımız Amerika qazını almaqdan danışırıq, lakin orada da hasilat həcmi məhduddur və onu tez bir zamanda artırmaq o qədər də asan deyil. Bunlar hamısı uzun bir dövrü əhatə edən işlərdir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR