İnsanlara hürriyət, millətlərə istiqlal!

Pul və vəzifə cəlb edən əşyalar: Hansı tarixdə doğulanlar masaya nə qoymalıdır? — Siyahı

554 06.06.2026 03:58 Maraqlı A A

İş masasında bəzi xüsusi simvolların saxlanılması mənfi enerjini yox edir və uğur gətirir.

Numeroloqlar doğum tarixinə (tək rəqəmə endirilmiş formasına) əsasən karyerada bəxti açan uğur simvollarını (totemləri) açıqlayıblar.

Doğum tarixinə görə masanızda mütləq saxlamalı olduğunuz əşyalar:

1, 10, 19, 28 tarixlərində doğulanlar: Rəhbər planeti Günəşdir. İşdə qarşıya qoyulan hədəflərə çatmaq üçün masanın üzərinə yeddi atın rəsmini və ya heykəlini qoymaq tövsiyə edilir.

2, 11, 20, 29 tarixlərində doğulanlar : Rəhbər planeti Aydır. Həssas və intuisiyası güclü olan bu şəxslər motivasiyanı qorumaq üçün masalarında büllur (kristal) tısbağa saxlamalıdırlar.

3, 12, 21, 30 tarixlərində doğulanlar: Rəhbər planeti Yupiterdir. Pozitiv enerjini cəlb etmək və iş mühitini dəyişmək üçün "Gülən Budda" (Laughing Buddha) heykəli xeyirlidir.

4, 13, 22, 31 tarixlərində doğulanlar: Rəhbər planeti Rahudur. Maddi blokları aradan qaldırmaq və maliyyə sabitliyi qazanmaq üçün masaya gümüş fil fiquru yerləşdirilməlidir.

5, 14, 23 tarixlərində doğulanlar: Rəhbər planeti Merkuri olan bu şəxslər yüksək ünsiyyət bacarığına malikdir. Pul axınını təmin etmək üçün masaya canlı "Pul ağacı" (Money plant) gülü qoyulmalıdır.

6, 15, 24 tarixlərində doğulanlar: Rəhbər planeti Veneradır. Rəhbərliklə və kolaktivlə münasibətlərdə harmoniya yaratmaq üçün masada çəhrayı kvars (rose quartz) daşı saxlanmalıdır.

7, 16, 25 tarixlərində doğulanlar : Rəhbər planeti Ketudur. Maneələri aradan qaldırmaq, müdriklik və bilik qazanmaq üçün masada Qaneşa (Ganesha) bütünü (fiquru) saxlamaq məsləhətdir.

8, 17, 26 tarixlərində doğulanlar : Rəhbər planeti Saturndur. Nizam-intizamı sevən bu şəxslər arzuladıqları karyera yüksəlişinə çatmaq üçün masalarına piramida qoymalıdırlar.

9, 18, 27 tarixlərində doğulanlar: Rəhbər planeti Marsdır. Qazanılan sərvəti qorumaq və böyük şans cəlb etmək üçün masada üçayaqlı qurbağa fiquru saxlanmalıdır.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR