İnsanlara hürriyət, millətlərə istiqlal!

PUA-lar Kremlə necə uçub? – iki ölkənin ADI çəkilir -Şok detal – Kamran Həsənli GÜNDƏMi təhlil edir

764 04.05.2023 15:53 Gündəm A A

Dünən gecə Kremlə hücum edən PUA-lar Moskvaətrafında görünüb, amma kimsə reaksiya verməyib. Bu barədə “Baza” mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, dronlar alçaq hündürlükdən uçub.

“Onları ilk dəfə sakinlər Moskva vilayətində paytaxta doğru uçan istiqamətdə görüblər. Lakin yerli hakimiyyət orqanları insanların PUA barədə məlumatlarına əhəmiyyət verməyib və bunu dronlarla bağlı növbəti isteriya adlandırıb. Yalnız PUA-lar Moskva Dairəvi Avtomobil Yolu üzərindən uçarkən bunun yalan məlumat olmadığı aydınlaşıb. Dronlar şəhərin mərkəzinə doğru uçurdu. Güc strukturları PUA barədə yuxarılara məruzə ediblər, lakin gec olduğu və may bayramları vaxtı olduğu üçün dərhal reaksiya verilməyib. Nəticədə dronlar 16 dəqiqə fərqlə Kremlə hücum edə bilib”, - məlumatda qeyd olunub.

Xüsusi xidmət orqanlarının bizə verdiyi məlumata görə, Kremlə hücumun arxasında ABŞ və Ukrayna dayanır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib. O, Vaşinqtonun müharibədə birbaşa iştirakının mövcud vəziyyətdə təhlükəli olduğunu bildirib: “Real olaraq bu, üzə çıxan məlumatların sadəcə kiçik hissəsidir. Vaşinqton Rusiyaya qarşı terror aktında iştirak etdiyini anlamalıdır”.

Qeyd edək ki, Kremlə dron hücumunda Rusiya Ukraynanı günahlandırsa da, rəsmi Kiyev bu ittihamları qəbul etmir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR