İnsanlara hürriyət, millətlərə istiqlal!

Psixiatr Nadir Əliyev vəfat edib

2064 06.12.2022 11:56 Hadisə A A

Psixiatr, professor Nadir Əliyev vəfat edib.

Musavat.com-un məlumatına görə, bu barədə APA-ya onun həmkarı, psixiatr Aytən Namazova məlumat verib.

O bildirib ki, müəllimi Nadir Əliyev bu gün onkoloji xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, professor Nadir Əliyev 1946-cı ildə Naxçıvanda anadan olub. O, müxtəlif illərdə Bakı şəhəri 3 saylı ruhi xәstәxananın, 2 saylı vәrәm sanatoriyasının, Bakı şəhəri psixonevroloji dispanserin, Bakı şəhəri 2 saylı ruhi-әsәb xәstәxanasının, Bakı şəhəri ruhi-әsәb xәstәliklәri dispanserinin baş hәkimi vәzifәsində çalışıb. Nadir Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya kafedrasında fәaliyyәt göstәrirdi. Tәdqiqatları, әsasәn, müxtәlif psixi pozuntuların farmakoterapiyası üzrәdir. 150-dәn çox elmi әsәrin müәllifidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR