İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Aygün Attara iki mükafat təqdim ediləcək

948 05.01.2024 20:15 Dünya A A

Türkiyədə yaşayan dünya şöhrətli azərbaycanlı alim, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü professor Aygün Attara iki mükafat təqdim ediləcək.

Musavat.com APA-ya istinadən xəbər verir ki, İstanbul Elit DÜNYA “Güclü Qadınlar, Güclü Sabahlar” mövzusu ilə yanvarın 9-da keçiriləcək.

Tədbirdə öz sahələrində uğur hekayələri yazan qadınlar iştirak edəcək. Mərasimdə çox əhəmiyyətli şəxslərdən ibarət münsiflər heyəti tərəfindən verilən mükafatlar təqdim olunacaq.

Bu il Elite Wold Taksim Otelində keçiriləcək tədbirdə “Türk Dünyası Mükafatı” kateqoriyasında professor Aygün Attara mükafatın təqdim edilməsi qərara alınıb.

Professor Attar, “Beynəlxalq Sülh və Akademiya” mükafatına da layiq görülüb. Beynəlxalq Diplomatik Assosiasiyanın DMW mükafatlandırma mərasimi mart ayında Frankfurtda baş tutacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR