İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojindən məğlubiyyət mesajı: Baxmutdan çıxırıq! Şoyquya “Qorxaqsız!” ittihamı - Hərbi analitiklə CANLI

1364 05.05.2023 15:52 Gündəm A A

“Mən “Vaqner özəl hərbi şirkətini Baxmutdan çıxarıram. Çünki hərbi silah-sursat çatışmazlığı səbəbindən onlar mənasız ölümə məhkumdurlar”. Musavat.com xəbər verir ki, bunu “Vaqner” başçısı Yevgeni Priqojin bu gün yayımladığı videomüraciətində deyib.

Priqojin bildirib ki, Müdafiə Nazirliyi “Vaqner”-ə lazım olan silah-sursatın 10 faizini verir. Ona görə də “Vaqner”-i Baxmutdan çıxarıb, arxa cəbhədəki düşərgələrə yerləşdirmək barədə qərar verib.

Priqojin Müdafə naziri Sergey Şoyquya, Baş Qərargah rəisi Valeri Gerasimova, Vladimir Putnə və Rusiya xalqına rəsmən müraciət edərək, mayın 10-da “Vaqner”-in Baxmutdan çıxmağa və mövqelərini Rusiya ordusuna təhvil verməyə məcbur olduğunu bildirib. O, silah-sursatları bitsə də, 9 may bayramına qədər gözləyəcəklərini söyləyib.

“Vaqner” başçısı yenə Müdafiə Nazirliyi rəhbərliyini ittiham edərək, bilərəkdən onlara silah-sursat verilmədiyini iddia edib. O, Müdafiə Nazirliyi rəhbərliyinin tarixə “qorxaqlar” kimi düşəcəklərini də deyib.

“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Donetsk vilayətinin Baxmut şəhərindən çıxmaq barədə qərarı daxili qarşıdurma ilə bağlıdır”. Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, Y.Priqojinin açıqlamasına baxmayaraq, Baxmuta hücumlar davam edir: “Rusiya Prezidenti Vladimir Putinin aşpazı diqqət çəkməyə çalışır. Çünki “Vaqner”ni silahları tükənir”.

S.Çerevatı söyləyib ki, “Vaqner” muzdlu hərbi təşkilatı mayın 9-na kimi Baxmutu ələ keçirmək üçün hər şeyi edir: “Rusiya Müdafiə Nazirliyi isə “Vaqner”ə onların istədiyi qədər kömək etmir”.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov “Vaqner” muzdlu hərbi təşkilatının mayın 10-da Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərindən çıxacağına dair qərarını şərh etməkdən imtina edib.

Rusiya Müdafiə nazirinin ötən ay istefaya göndərilən müavini, “Mariupol qəssabı” kimi ad çıxarmış general-polkovnik Mixail Mizintsev “Vaqner” özəl hərbi şirkətində “vəzifə” alıb. Bu barədə rusiyalı “hərbi müxbir” Aleksandr Simonov məlumat yayıb və generalın “Vaqner”-in geyimində videosunu paylaşıb.

Xəbərdə deyilir ki, Mizintsev “Vaqner”də komandir müavini vəzifəsinə təyin olunub və bu özəl hərbi şirkətin döyüşçü hazırlığı işlərilə məşğul olmağa başlayıb. Onun hətta ağır döyüşlərin davam etdiyi Baxmuta səfər etdiyi və vəziyyətlə yerində tanış olduğu iddia olunur.

TVMusavat-ın saat 16:00-da canlı efirində hərbi ekspert Azad İsazadə ilə söhbətləşirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR